Kiyevə hücumdan sonra Ukraynaya bu raketi verdik

13-10-2022, 13:57           
Kiyevə hücumdan sonra Ukraynaya bu raketi verdik
Britaniya NASAMS hava hücumundan müdafiə sistemləri üçün AMRAAM raketlərini Ukraynaya təhvil verib.

Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

“Rusiyanın Ukraynadakı mülki ərazilərə qarşı ən son hücumları öz ölkələrini müdafiə etmək istəyənlərin davamlı dəstəyini tələb edir. Ona görə də bu gün mən Ukraynaya AMRAAM zenit-raket komplekslərinin tədarükünə icazə verdim”, – o bildirib.

Qeyd edək ki, Böyük Britaniya yaxın həftələrdə təslim ediləcək qabaqcıl AMRAAM raketlərinin ABŞ-ın vəd etdiyi NASAMS hava hücumundan müdafiə sistemi ilə birlikdə istifadə oluna biləcəyini bildirib. London Kiyevə həmçinin yüzlərlə əlavə digər tipli zenit-raket kompleksi, pilotsuz təyyarə və daha 18 haubitsa verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru