Rusiya qoşunlarını Gümrü və Xankəndidən çıxaracaq?

13-10-2022, 12:30           
Rusiya qoşunlarını Gümrü və Xankəndidən çıxaracaq?
Ukraynada ciddi itkilər verən Rusiya Federasiyası boşluqları doldurmaq üçün kəskin tədbirlərə əl atmağa məcbur olub. Məhbusların hərbi xidmətə çağırılması və səfərbər olunmasının səbəbi budur. Eyni zamanda, xaricdən, xüsusən də Suriyadan Ukraynaya qoşun yeritmək niyyətləri barədə məlumatlar var. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya hərbi rəhbərliyi Sibir Hərbi Dairəsindən olan hərbçilərini, eləcə də Suriyada yerləşən Rusiya kontingentini döyüş əməliyyatları bölgəsinə cəlb etmək niyyətindədir.
Erməni politoloq Armen Vardanyan Ermənistan və Qarbabağın dağlıq hissəsindəki rus qoşunlarının çıxarılacağını düşünmür: “Həm Ermənistanda, həm də Qarabağda məhdud sayda rus əsgəri yerləşdirilib. Ermənistandakı 5000 əsgərin təxminən yarısı ermənilər, Ermənistan vətəndaşlarıdır. Qarabağda təxminən 1900-2000 rus sülhməramlısı var. Bu, Ukraynaya aparılacaq say deyil. Rusiyanın 149 milyonluq bir ölkə olduğunu, 300 min nəfərlik səfərbərlik təşkil etdiyini nəzərə alsaq, Rusiya üçün bu rəqəm çox azdır. Ona görə də düşünmürəm ki, buradan Ukrayna qoşun göndərsinlər”.

Vardanyan qeyd edir ki, Rusiyada insan resursları problemi göz qabağındadır: “İlk növbədə problem ondadır ki, əhalinin, vətəndaşların, hətta hərbçilərin Rusiyada döyüşmək motivi yoxdur. Onlar bilirlər ki, işğalçı müharibədə boş yerə iştirak edirlər, daha dəqiq desək, Putinin imperialist ambisiyalarına görə ölürlər. Qurbanlar tamamilə mənasızdır. Ona görə də insanlar döyüşə getmək istəmirlər. Əminəm ki, Rusiyaya hücum edilsəydi, o zaman Rusiyanın problemi olmazdı, insanlar öz vətənlərini müdafiə edərdilər”.
Erməni politoloq bir gün Rusiyanın bu bölgəni tərk edəcəyi ilə bağlı fikirlər bildirib. “Ötən əsrdə belə hal artıq iki dəfə baş verib. Rus əsgərləri gözlənilmədən bu bölgəni tərk etdi və təhlükəsizlik boşluğu yarandı. Ona görə də Ermənistan hakimiyyəti əvvəldən bu perspektiv haqqında düşünməlidir. Tarixin təkrarlanmaq vərdişi var. Əminəm ki, biz yenidən o vəziyyətlə üzləşəcəyik və Rusiya bu bölgəni yenidən tərk edəcək. Dünən Yunanıstanın baş naziri də bu barədə dedi, o, mütləq bu bölgəni tərk edəcəyini və təhlükəsizlik boşluğunun yaranacağını qeyd etdi. Rusiyanın təcrid olunması, hətta dağılması çox yaxın görünür. Biz daim yeni sanksiyalar görürük, Rusiya özünü hər tərəfdən təcrid edir. Dünyanın ikinci hərbi supergücü olmasına baxmayaraq, Rusiyanın silah problemi var. Bu o deməkdir ki, onların Ukraynada əzilməsi və məğlubiyyəti daha yaxındır. Ukrayna ordusu hər gün onlarla yaşayış məntəqəsini azad edir. Belə olan halda Rusiyanın Ukraynanı məğlub etmək şansı yoxdur və mövqeləri daha da zəifləyəcək. Başqa variant yoxdur. Rusiya bu müharibədən qalib və ya güclü çıxa bilməz”, - deyə o qeyd edib.
Erməni politoloq Levon Şirinyan isə hesab edir ki, hələlik Rusiya qoşunlarının Ermənistan və Qarabağdan çıxarılması fikri yoxdur, lakin Rusiya parçalansa, belə bir perspektiv mütləq mümkündür.
Şirinyanın sözlərinə görə, Rusiya buranı ən gec tərk edəcək: “Ancaq qeyd etməliyəm ki, bu gözlənilməzdir. Lakin Rusiya elə fəlakətlər yaşayır ki, hər şey mümkündür”.
ordu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.