Həbs olunan general müsadirə olunan malları bağ evində gizlədirmiş

14-10-2022, 12:21           
Həbs olunan general müsadirə olunan malları bağ evində gizlədirmiş
Həbs olunan Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov barəsində maraqlı faktlar üzə çıxıb.

M. Rəsulov gömrük baxışı zamanı müsadirə olunan müxtəlif növ malları məhv etmək adıyla Abşeron rayonunun Fatmayı kəndində olan 2 hektar ərazidə yerləşən 3 mərtəbəli villasının zirzəmisində saxlayırmış.

Daha sonra isə həmin mallar müxtəlif ticarət obyektlərinə verilərək satılırmış.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi çərçivəsində iyulun 14-də Məsum Rəsulov saxlanılıb.

M.Rəsulovun külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Xatırladaq ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.