Təzminat yerinə Ermənistandan torpaq almaq olarmı?

14-10-2022, 18:23           
Təzminat yerinə Ermənistandan torpaq almaq olarmı?
Ermənistan 30 il ərzindədağıtdığı Azərbaycan şəhər və kəndlərinin, istismar etdiyi təbii sərvətlərin təzminatını ödəməlidir!
Bütün müharibələrin sonunda bağlanan sülh müqavilələrinin bir bəndi də təzminat məsələsinə aid olur. Ukrayna hələ bitməyən müharibədə Rusiyadan təzminat tələbini dilə gətirir və bu tələb beynəlxalq dəstək alır.
Ermənistan ilkin hesablamalara görə bir neçə yüz milyard manatlıq təzminatı ödəyə bilmirsə, bizim ondan torpaq istəməyimiz, Azərbaycan Kommunist partiyasının başçısı olmuş Mirzoyanın imzası ilə 1929-cu ildə Ermənistana verilmiş Mehri rayonunu - Zəngəzurdan heç olmasa bir dəhlizlik torpaq qalmağa haqqımız çatar, məncə.
Ciddi diplomatik hazırlıq olarsa, tarixi əlverişli məqam yetişərsə, o torpaqları tutub, Makronları fakt qarşısında qoymaq da olar.
Vahid Qazi
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru