Van Qoqun məşhur əsərinə pomidor şorbası ilə hücum - VİDEO

15-10-2022, 08:54           
Van Qoqun məşhur əsərinə pomidor şorbası ilə hücum - VİDEO
İqlim fəalları növbəti dəfə etiraz aksiyası keçiriblər.
Bakupost.az xarici mediaya istinadən bildirir ki, onlar bu dəfə məşhur holland rəssamı Van Qoqun əsərini hədəf seçiblər.
Fəallar “London Milli Qalereyası”nda sərgilənən “Günəbaxan” tablosunun üzərinə konservləşdirilmiş pomidor şorbası atıblar.
"Guardian" yazır ki, “Just Stop Oil” (“Neftə son”) adlı ekoloji təşkilatın üzvləri olan aktivistlər “Sənət, ya həyat, hansı daha dəyərlidir?” şüarını səsləndiriblər.
Etiraz aksiyasından sonra səlahiyyətlilər rəsmin nümayiş olunduğu otağı boşaldıblar. 84 milyon dollarlıq tablonun şüşə ekranla qorunduğu üçün zərər görmədiyi açıqlanıb.
Xatırladaq ki, daha öncə də iqlim fəalları intibah dövrü rəssamlarından olan Botiçellinin 650 illik "Primavera" tablosuna pişik yapışdırmışdılar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru