Valeri Zalujnı: “Rusiyanın məğlubedilməzliyi mifini dəfn etdik”

15-10-2022, 08:25           
Valeri Zalujnı: “Rusiyanın məğlubedilməzliyi mifini dəfn etdik”
“Biz düşmənin istilasının qarşısını aldıq və Rusiya ordusunun məğlubedilməzliyi mifini dəfn etdik”.

“dw” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı general Valeri Zalujnı ölkə vətəndaşlarına ünvanladığı təbrikində bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin qışı artıq dünya tarixinin bir hissəsidir.

Baş komandan düşmən zərbəsinə tab gətirdiklərini vurğulayıb: “Düşmənə qarşı döyüşənlər ukraynalı kimliyi, azadlığı uğrunda savaşmaq cəsarətinə sahib olduqlarını göstərdilər. Şiddətli döyüşlərdə Rusiya mərmilərinin polad yağışı altında torpağımızın hər bir qarışından möhkəm yapışdıq. Düşmən işğalını dayandırdıq və Rusiya ordusunun məğlubedilməzliyi mifini basdırdıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru