Kolibrlər yemək xatirinə transseksual olurlar - FOTO

16-10-2022, 11:45           
Kolibrlər yemək xatirinə transseksual olurlar - FOTO
Vaşinqton Universitetinin alimləri sübut ediblər ki, dişi kolibrilər qida və təhlükəsizlik üçün erkəklər kimi “geyinirlər”.

Araşdırma “Proceedings of the Royal Society B Biological Sciences” jurnalında dərc olunub.

Bildirilir ki, Cənubi Amerika yakobin kolibriləri (“Florisuga mellivora”) yetkinləşdikcə quyruq rəngini dəyişirlər. Erkəklərdə lələklər parlaq mavi, dişilərdə ağ-yaşıl olur. Ancaq yetkin dişi kolibrilərin təxminən 20% -i “erkək” rənglərinə malikdir.

Müəlliflərin fikrincə dişilərin belə təqlidi erkəklərin aqressiyasından qaçmaq və əlavə qida ehtiyatına çıxış əldə etməsi üçün lazım olur.

Məsələ burasındadır ki, kolibrilər öz yuvalarını yadlardan çox aqressiv şəkildə qoruyur. Ancaq erkək kolibrilər digər erkəklərlə döyüşməyi sevmirlər. Beləliklə, dişilərin özlərini erkək kimi aparması döyüş ehtimalını xeyli azalar.

Alimlərin sözlərinə görə bu strategiya işə yarayıb: “Transseksual” dişilər çox sayda yerdə qidalanır. Ənənəvi rəngli dişilər isə təhlükəsiz evlərinə möhkəm bağlanıblar.

Alimlər müəyyən ediblər ki, parlaq quyruqlu dişilər nə güc, nə də davranış baxımından digər dişi kolibri quşlarından fərqlənmir. Bu da başqa fəndlərin deyil, məhz təqlidin - rəng dəyişikliyinin işə yaradığını göstərir.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru