“Zənginlərin xəstəliyi” ağız boşluğu, dəri, göz və aşağı ətraflarla bağlı problemlər yaradır...

17-10-2022, 08:14           
“Zənginlərin xəstəliyi” ağız boşluğu, dəri, göz və aşağı ətraflarla bağlı problemlər yaradır...
"Həyat tərzinizə və qidalanma rejiminizə ciddi riayət etsəniz, sağlam adamlardan heç nə ilə fərqlənməyəcəksiniz..."

Müasir dünyamızda həyat şəraiti get-gedə daha da yaxşılaşır, masalarda isə yeməklər daha çox və keyfiyyətli olur.

Buna baxmayaraq, bu dəyişikliklər orqanizm üçün piylənmə və diabet kimi əlverişsiz nəticələrə gətirib çıxarıb.

Teref.az xəbər verir ki, bu barədə Çinin "Sohu" nəşri yazıb.

Diabet "zənginlərin xəstəliyi'" hesab edilir və qanda şəkərin miqdarının yüksəlməsindən yaranır.

Şəkərli diabetli xəstələri adətən öz qida rasionuna əməl edir, əgər onların qanında şəkərin miqdarı sabitdirsə, onlar sağlam adamlardan heç nə ilə fərqlənmir.

Lakin vəziyyət pisləşəndə xəstəlik bir çox fəsadlara səbəb olacaq və orqanizmə böyük təsir göstərəcək.

Əgər sizdə hər 10 haldan 9-da şəkərli diabetdən xəbər verən 4 əlamət varsa, bunu erkən bilmək və tibbi yardım üçün müraciət etmək daha yaxşı olar.

1. Ağız boşluğunun problemləri

Uzun müddət qanda şəkərin səviyyəsinin yüksək olması damarların zədələnməsinə və neyropatiyaya gətirib çıxara bilər, həmçinin immuniteti zəiflədər və infeksiyaya həssaslığı artıtar.

Xəstəliyin erkən mərhələlərində siz ağız boşluğunun infeksiyaları, diş ətinin şişməsi və atrofiyası, ağrılı hissiyyatlar, dişlərin laxlaması və hətta tökülməsi ilə üzləşə bilərsiniz.

2. Dəri problemləri

Qanda şəkərin miqdarı yüksəkdirsə, dəri quru olacaq və qaşınacaq. Bəzi pasientlərdə göbələk xəstəlikləri, follikulit və digər oxşar xəstəliklər meydana çıxacaq.

Yalnız dərini müalicə etməklə vəziyyət düzəlməyəcək. Ona görə də bu əlamətlərin şəkərin miqdarının yüksək olması ilə bağlılığını öyrənmək üçün həkimdə müayinədən keçmək lazımdır

3. Göz problemləri

Yaşlı adamlar arasında diabetlə xəstələnmə halları nisbətən yüksəkdir, diabet görmənin itməsinə və ya pisləşməsinə gətirib çıxara bilər.

Bir çoxları güman edir ki, səbəb qocalıqdadır, amma əslində bu, diabet nəticəsində torlu qişada patoloji dəyişikliklərin baş verməsi ilə bağlıdır.

Əgər sizdə şəkərli diabet aşkar edilərsə, şəkərin miqdarına nəzarət edin, həyat tərzinizə və qidalanmağınıza diqqət yetirin ki, görməni pisləşdirməsin.

4. Ətraflarla bağlı problemlər

Diabet neyropatiyaya səbəb ola bilər. Bəzilərində bu, əllərdə və ya ayaqlarda keyləşmə və ağrılarla özünü büruzə verəcək.

Əgər vəziyyətinizə diqqət yetirməsəniz, ağır hallarda ətrafların diabetik neyropatiyasını qazanacaqsınız. Dəri örtüyü irinləyəcək, onu müalicə edib, yenidən ayaqüstə durmaq çox çətin olacaq.Moderator.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.