Ən az zərərli “fast food” açıqlandı

17-10-2022, 12:24           
Ən az zərərli “fast food” açıqlandı
Rusiyalı diyetoloq Elena Solomatina ən az zərərli “fast food” növünü açıqlayıb. Onun sözlərinə görə, bu, hisə verilmiş kolbasasız, pendir, göbələk və çoxlu pomidorlu pizzadır.

Ekspert populyar qidalarla da bağlı bəzi məsləhətlər verib.

“Əgər həqiqətən hamburqer istəyirsinizsə, bulkanı pəhriz çörəyi ilə əvəz edib, içərisinə daha çox tərəvəz əlavə etmək daha yaxşıdır. Mayonez qəbul etməməyə çalışın, çünki o, “fast food” müəssisələrində bir qayda olaraq, çox da keyfiyyətli deyil. Mayonez əvəzinə pomidor sousu daha yaxşıdır”, - deyə diyetoloq bildirib.

O, həmçinin “fast food” restoranlarında təqdim olunan soya sousundan imtina etməyi tövsiyə edib.

Mənbə: moslenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru