"Badamdar" və "Sumqayıt" maşın bazarının sahiblərinin hansı vicdanlı vergi ödəyicisidir?
17-10-2022, 09:00

Bakının ən böyük avtomobil bazarları arasında fərq... "Badamdar" və "Sumqayıt" maşın bazarının sahiblərinin hansı vicdanlı vergi ödəyicisidir?
Öncəliklə deyim ki, ötən həftənin şənbə və bazar günləri şəxsi avtomobilimi satmaq üçün üz tutmuşdum Sumqayıt maşın bazarına. İki gün ard-arda Sumqayıt maşın bazarına çıxsam da, avtomobilimi sata bilmədim. Bu da bazarda alıcılıq qabiliyyətinin olduqca aşağı səviyyədə olmasıdır. Demək olar ki, hər kəs satır, alan isə, necə deyərlər, təkəm seyrəkdir.
Bu gün isə ötən həftədən fərqli olaraq "Badamdar" avtomobil bazarına üz tutdum.
Düzdür, burda da Sumqayıt maşın bazarında olduğu kimi alıcılıq qabiliyyəti azlıq təşkil edirdi. Ancaq bir vacib məqam var idi ki, Sumqayıt maşın bazarından xeyli fərqlənirdi.
Məsələn, Sumqayıt maşın bazarında bazara daxil olan avtomobillərdən alınan ödənişə
(giriş haqqına) görə vətəndaşlara ödəniş qəbzləri verilmədiyi və yaxud avtomobillərin qeydiyyatı aparmadığı halda, "Badamdar" avtomobil bazarında bazara daxil olan avtomobillərdən alınan ödənişlər qarşılığında həm vətəndaşlara yazılı qəbzlər təqdim olunur, həm də qeydiyyat kitabında avtomobillərin qeydiyyatı aparılırdı. Bu prosesdə vergi orqanı ilə hesablaşmarda ən vacib məsələdir. Mütləq şəkildə bazara daxil olan avtomobillərini qeydiyyatı aparılmalı və vətəndaşlara ödədikləri "ödəniş haqqı" müqabilində qəbz verilməlidir. Bu,şəffaflıq həm də bazar sahibinin vergi orqanı qarşısında üzərinə götürdüyü öhdəliyi vicdanlı şəkildə yerinə yetirməsi deməkdir. Sumqayıt maşın bazarının sahibinə baxanda, əminliklə demək olar ki, "Badamdar" maşın bazarının sahibi vicdanlı vergi ödəyicisidir.

Qeyd edim ki, burda olduğum bir neçə saat müddətində apardığım müşahidələr zamanı məlum oldu ki, "Badamdar" avtomobil bazarı "Sumqayıt" avtomobil bazarından fərqli olaraq vergi öhdəliklərinə vicdanlı şəkildə yanaşır. Və fəaliyyətini tam da olmasa vergi qanunvericiliyinin tələblərinə uyğun qaydada həyata keçirir. Belə olan halda isə ortaya haqlı sual çıxır. Əcəba, Bakının ən böyük avtomobil bazarlarından biri,"Badamdar" avtomobil bazarı bazara daxil olan avtomobillərin qeydiyyatını apardığı və vətəndaşlara ödəniş qəbzləri verdiyi halda, məhz Sumqayıt maşın bazarında bu tələblərə niyə riayət etmir?
Hər halda güman edirdik ki, bu yaranmış suala Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli cənabları şəxsən özü cavab verəcək. Çünki ərazi idarələri onu aldadırlar.
Mehemmedoglu Ramin
Teref.az