Daşkəsən istiqamətində DÖYÜŞ OLACAQ? - Ermənilər deyir ki...

17-10-2022, 20:15           
Daşkəsən istiqamətində DÖYÜŞ OLACAQ? - Ermənilər deyir ki...
Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi barədə məlumat yayıb.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bəyanat yayaraq məlumatı təsdiqləyib.
“Basarkeçər istiqamətində artilleriyanın olması bilavasitə Azərbaycan Silahlı Qüvvələrinin əlavə qüvvə və texnikasının köçürülməsi və yerləşdirilməsi ilə bağlıdır ki, bu da müəyyən gərginlik yaradıb.
Ermənistan tərəfinin Azərbaycanın əlavə artilleriya və zenit silahlarının bu zonada yerləşdirilməsindən sonra atdığı hərəkətlər müstəsna olaraq müdafiə xarakteri daşıyır və vəziyyəti gərginləşdirməyə yönəlməyib.
Azərbaycan tərəfi göstərilən vəsaiti bu istiqamətdən çıxarsa, Ermənistan tərəfi də əlavə vəsaitlərini çıxaracaq.
Ermənistan tərəfi bu məsələ ilə bağlı danışıqlara hazırdır”, - bəyanatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru