Sabirabadlı məmurlar mühakiməyə hazırlanır - Detallar

18-10-2022, 11:25           
Sabirabadlı məmurlar mühakiməyə hazırlanır - Detallar
Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Müşviq Qasımov və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Eldar Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

TEREF.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Xamməd Nuriyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki müəyyən edilməyib.

Hər iki şəxs Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olunublar. Onlar Sabirabad rayonu ərazisində yerləşən qeyri-yaşayış obyektində tikinti işlərinin aparılmasına icazə veriblər.

Bunun üçün zəruri olan memar rəyi və digər aktların verilməsinə köməklik göstərilməsi üçün onlara müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət alıblar.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə Sabirabad rayon İcra Hakimiyyəti zərərçəkmiş qismində tanınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.