İranda yeni doğulan körpə bütün dünyanı şoka saldı

19-10-2022, 09:26           
İranda yeni doğulan körpə bütün dünyanı şoka saldı
Cinsiyyət orqanı olmadan dünyaya gələn körpə bütün dünyanı şoka salıb.
Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, İranda cinsiyyət orqanı olmadan dünyaya gələn körpə elm dünyasını təəccübləndirib. Körpənin anası verdiyi açıqlamada hamiləliyinin tamamilə normal keçdiyini bildirib. Körpənin iki xayası olsa da penisi olmadan doğulub. Həkimlər, körpəyə cərrahiyyə əməliyyatı ilə cinsi orqan əlavə edəcəklərini açıqlayıb.
Bildirilib ki, afaliya adlanan bu vəziyyətə nadir hallarda rast gəlinir.
Körpənin necə sidiyə çıxacağı maraq mövzusu olsa da, prosesinanus vasitəsilə həyata keçirildiyi açıqlanıb. “Radiology Case Reports” jurnalında bu hadisə ilə bağlı məlumat verən tibb işçiləri, uşağın normal doğulduğunu, “ümumi vəziyyətinin yaxşı” olduğunu söyləyiblər.
Qeyd edək ki, afaliya hamiləliyin ilk bir neçə ayında ana bətnində cinsiyyət orqanları normal inkişaf etmədikdə baş verir. Bu, şəxslərin iki penislə doğulduğu və difaliyaya adlanan vəziyyətə oxşar bir prosesdir.
Afaliya ilə doğulan oğlanlara interseks də deyilir. Afaliyanın hər 10 milyondan 30 milyona qədər doğuşdan yalnız birində baş verdiyi təxmin edilir. Alimlər ana bətnində afaliyanın əmələ gəlməsinə nəyin səbəb olduğunu bilmirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.