Rusiya hərbi təyyarənin yaşayış binasına çırpılmasının səbəbini açıqladı

19-10-2022, 08:36           
Rusiya hərbi təyyarənin yaşayış binasına çırpılmasının səbəbini açıqladı
Xəbər verdiyimiz kimi, Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərində “Su-34” tipli hərbi təyyarə yaşayış binasına çırpılıb. Hadisə nəticəsində 3-ü uşaq olmaqla 13 nəfər həlak olub, daha 19 nəfər isə yaralanıb. Təyyarənin pilotları katapult ediblər.

Rusiya mediasının məlumatına görə, ölkənin İstintaq Komitəsi qəzanın ilkin səbəbini açıqlayıb.

Bildirilir ki, təyyarədə yaranan texniki nasazlıq onun binaya çırpılmasına səbəb olub.

“Faktla bağlı cinayət işi başlanılıb. Hazırda pilotların dindirilməsi davam etdirilir”, – deyə məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru