Azərbaycanda məktəbli qız 15 manata görə şantaj olundu, intihara cəhd etdi

20-10-2022, 12:55           
Azərbaycanda məktəbli qız 15 manata görə şantaj olundu, intihara cəhd etdi
Gəncə şəhərində şantaj edilən qız intihara cəhd edib.

2008-ci il təvəllüdlü, VIII sinif şagirdi qız tanışı, X sinif şagirdi Ümid adlı oğlan tərəfindən şantaj edildiyi üçün özünü asmaq qərarına gəlib.

Belə ki, qızın tanışı ondan 10-15 manat istəyib ki, telefonunu təmir etdirsin. Qız həmin pulu vermədiyi üçün Ümid onunla sevgili olduğunu hər kəsin biləcəyini ilə şantaj edib.

Qız bundan sonra evə gələrək, məktub yazıb və intihara cəhd edib. Bu zaman anası onu xilas edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb:

“Aparılan araşdırmaların nəticəsinə uyğun olaraq, məsələyə hüquqi qiymət veriləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru