Bakıda komendant binanın 150 minlik isitmə sistemini ələ keçirib? - İŞƏ POLİS QARIŞDI

21-10-2022, 12:48           
Bakıda komendant binanın 150 minlik isitmə sistemini ələ keçirib? -
Bakı sakini yaşadığı binanın həyətində yerləşən, mənzillərin isidilmə-soyudulması üçün nəzərdə tutulan sistenin komendant tərəfindən ələ keçirilməsi ilə bağlı polisə şikayət edib.

TEREF.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən çoxmərtəbəli binada yaşayan Vüsal Heydərov Musa adlı komendantın dəyəri 150 min manat olan “Çiller” markalı qurğunu mənimsədiyini iddia edib. O, komendantın məsuliyyətə cəlb edilməsini və isitmə-soyutma sisteminin qaytarılaraq quraşdırılmasını tələb edib.

Müraciətlə bağlı Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsində araşırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.