Ya pulumu ver, ya da müharibəyə get
22-10-2022, 12:28

Ruslardan orijinal çağırışlar səslənir. Məhbusları müharibəyə göndərməkbəs deyilmiş kimi, indi də aliment verməyənləri güllə qabağına göndərməyi təklif edirlər.

"Onları başqa nə düzəldə bilər?" Dana Borisova aliment verməyənləri cəbhəyə göndərməyə çağırdı. Aliment verməyən kişilər cəbhəyə getsin. Bu fikirləri “Strana V” kanalına teleaparıcı Dana Borisova deyib. “Qonşu evdə pis niyyətli aliment ödəməyən şəxs yaşayır - qızımın atası. Təəssüf ki, ona çağırış vərəqəsi gəlməyib. Səmimi olaraq düşünürəm ki, qızına münasibətdə olmayıbsa, heç olmasa, ölkəsinə münasibətdə məsuliyyət göstərsəydi, əla olardı". O, əmindir ki, “belə pul ödəməyənləri ancaq cəbhə bölgəsinə göndərməklə öyrətmək olar”.

"Sekslə iş bitmir, məsuliyyəti daşımaq lazımdır." prodüser İosif Priqojin aliment verməyənləri cəbhəyə göndərmək fikrini dəstəkləyib. Övladlarının məsuliyyətindən boyun qaçıran, aliment ödəməyən kişilər cəbhəyə çağırılmalıdır. “Kişi uşaqla qoyub getdiyi qadına görə məsuliyyət daşımalıdır. Seksi öyrənmək kifayət deyil, yenə də məsuliyyətli olmaq lazımdır. Bunu altı uşaq atası kimi deyirəm" - deyə Priqojin bildirib. Onun sözlərinə görə, əgər insan uşaqların məsuliyyətini üzərinə götürməyə hazır deyilsə, o zaman dövlətə olan borcunu ödəsin.
Dadaş Əhmədli
Teref.az