İntihar edən milyarderin arvadı kim imiş? — Ukraynadan pul alıb, Fransa mediasına... (FOTO)

23-10-2022, 18:03           
İntihar edən milyarderin arvadı kim imiş? —
Milyarder Dmitri Bosovun dul arvadı Katerina Bosov onun xarici agent kimi tanınmasını Fransanın "Facta.Media" portalına saxta müsahibə ilə əlaqələndirib.

Teref.az xarici KİV-ə istinadən xəbər verir ki, Katerina həmin portalı məhkəməyə vermək istəyəndə şok faktlarla qarşılaşıb.

“Fransada məhkəməyə müraciət etmək istəyəndə məlum oldu ki, bu, ümumiyyətlə media orqanı deyil və domen müəyyən bir Amerika şirkətinə məxsusdur. Belə olan halda iddia qaldıracaq heç kim yoxdur. Sözün əsl mənasında, guya Fransa mediasına verdiyim müsahibədən ertəsi gün müxtəlif rus saytlarında məni xarici agent kimi təqdim etməyə başladılar".

Rusiya Ədliyyə Nazirliyinin reyestrində Bosovun Ukraynadan maliyyə aldığı və siyasi fəaliyyətlə məşğul olduğu göstərilir.

Bosov isə özü iddia edir ki, onunla Facta.Media tərəfindən dərc olunan müsahibə saxtadır və portalın adı Fransa Mədəniyyət Nazirliyinin dərc etdiyi onlayn xəbər xidmətləri siyahısında qeyd edilmir.

52 yaşlı Dmitri Bosov Alltech qrupunun (Sibantrasit kömür şirkətinin sahibi) ən böyük səhmdarı və direktorlar şurasının rəhbəri idi. 2020-ci ilin aprelində Dmitri Bosovun sərvəti 1,1 milyard dollar (Forbes reytinqində 86-cı yer) olaraq qiymətləndirilib.

Bosov 2020-ci ilin may ayında yanından tapılan "Glock" tapançası ilə özünə atəş açaraq intihar edib. /teleqraf.com/













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.