Rusiyada yeraltı dayanacaqda maşın partladan şəxs axtarılır – VİDEO

26-10-2022, 10:34           
Rusiyada yeraltı dayanacaqda maşın partladan şəxs axtarılır – VİDEO
Rusiyada naməlum şəxs yaşayış binasının yeraltı dayanacağında avtomobil partladıb. Yaroslavlda baş verən hadisə anbaan müşahidə kameraları tərəfindən qeydə alınıb.

Kadrlarda əlində paket olan kişinin dayanacağa daxil olaraq maşınlardan birinin qapısını zorla açması əks olunur. Bundan sonra həyəcan siqnalının səsi eşidilir, bir neçə saniyə sonra isə partlayış baş verir.

Hadisəni törədən şəxs qaçıb.

Yanğınsöndürənlər gələn zaman yeraltı dayanacaq tamamilə tüstüyə bürünüb. Yanğın bir saat ərzində söndürülüb.

Sakinlər yaşayış binasından təxliyə olunublar.

Hadisə ilə əlaqədar istintaq başlanılıb.

Mənbə: Yaroslavskiy Region












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru