Baş redaktoru Yazıçılar Birliyinin qurultayına yarımsaat qalmış çağırdılar, özü də necə?! — FOTO

26-10-2022, 12:39           
Baş redaktoru Yazıçılar Birliyinin qurultayına yarımsaat qalmış çağırdılar, özü də necə?! — FOTO
"Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Yazıçılar Birliyinin bugünkü qurultayına yarımsaat qalmış dəvət olunduğunu bildirib.

Demokrat.az-ın xəbərinə görə, jurnalist buna görə kimdənsə incimədiyini deyir, növbəti dəvətdə onun Aydın Quliyev kimi çağırılacağına ümid edir:

"Yarım saatdan sonra Yazıçılar Birliyinin qurultayı öz işinə başlayacaq. Məni az əvvəl zəng edərək qurultaya dəvət etdilər....

Gecikmiş dəvətə görə kimsədən incimirəm,umu-küsü də etmirəm.Ancaq "seytnot"vəziyyətdə qurultaya qatıla bilməyəcəyimi dostların anlayışla qarşılayacağına ümid edirəm...
Daha öncədən bilsəydim,ən azı dostum Rəşad Məcidin xatirinə qurultayda iştiraka cəhd edərdim....

Bir də ümid edirəm ki, növbəti qurultayda qonaqların siyahısında məni Bakı-xəbərin baş redaktoru Aydın Əliyev yox ,Aydın Quliyev kimi yazacaqlar.Bütün hallarda uğurlar.... - deyə o, qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru