4-cü dərəcə xərçənglə uzun müddət yaşamaq olurmu – Onkoloqdan cavab

16-11-2022, 21:29           
4-cü dərəcə xərçənglə uzun müddət yaşamaq olurmu – Onkoloqdan cavab
Onkoloq Danail Nazliyev artıq xərçəngin sonuncu dərəcəsində olan xəstələrin nə qədər uzun və normal yaşama ehtimalından danışıb.

“Medicina” xəbər verir ki, dördüncü fazada metastazlar, ikincili ocaqlar, sümüklərə yayılma baş verir.

“Qısaca olaraq deyim ki, hə, dördüncü dərəcədə də xəstə kifayət qədər uzun və xoşbəxt yaşaya bilər. Əslində çox xəstələr yaşayıb.
Amma buna zəmanət yoxdur. Hər xəstənin təcrübəsi unikaldır, buna nail olmaq üçün çox faktorlar var. Xərçəng də digər xəstəliklər kimi riskdir, amma ölüm fərmanı deyil. Nə qədər ağır olsa da müalicəyə yatır, hazırda çox yeni müalicə variantları var.

Dördüncü dərəcədə əməliyyat və unikal dərman hələ ki olmur. Sadəcə bəzi metodlar var. Burda dəstək amili çox vacibdir. Xəstə hər an ölümü gözləməməlidir. Bunu ona heç bir həkim deyə bilməz”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru