İƏT Əfqanıstana “Üləma Qrupu” göndərəcək

14-01-2023, 09:34           
İƏT Əfqanıstana “Üləma Qrupu” göndərəcək
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) “Taliban” müvəqqəti hökuməti ilə qadınların təhsil və məşğulluq hüquqlarını müzakirə etmək üçün Əfqanıstana nümayəndə heyəti göndərməyi planlaşdırır.

Qərar, Türkiyənin təşəbbüsü ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İƏT-in fövqəladə iclasında qəbul edilib. Məqsəd “Taliban” hökumətinin qadınların universitetdə təhsil almasına və qeyri-hökumət yardım təşkilatlarında işləməsinə qadağa qoyduğu son məhdudiyyətlərlə bağlı narahatlıqları vurğulamaqdır.

İƏT-in Baş katibi Hissein Brahim Taha görüşdə bildirib ki, nümayəndə heyəti “Taliban” hökumətinin əfqan qız və qadınların təhsil, məşğulluq və sosial ədalətlə bağlı əsas hüquqlarına qarşı tədbirləri üzərində dayanacaq, çünki bu hüquqlar İslam dünyası üçün əsas prioritetdir.

Bu, ikinci dəfədir ki, İƏT “Üləma Qrupu”nu qadınların təhsil və məşğulluqdan məhrum edilməsi qərarı ilə bağlı dialoq üçün Əfqanıstana göndərir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.