Avropada benzin ən ucuz və ən baha bu ölkələrdə satılır – Azərbaycan siyahıda 7-cidir...

16-01-2023, 18:13           
Avropada benzin ən ucuz və ən baha bu ölkələrdə satılır –
Avropa ölkələri arasında “Aİ-95” (“Premium”) markalı benzinin qiymətinə görə Azərbaycan 7-ci sırada qərarlaşıb.
DİA.AZ-ın məlumatına görə, yeniavaz.com məşhur "Autotraveler" portalına istinadən xəbər verir ki, hazırda “Aİ-95” markalı benzinin ən ucuz satıldığı ölkə Rusiyadır. Şimal qonşumuzda “Aİ-95” markalı benzinin 1 litrinin orta qiyməti 0,67 avro (1,2 manat) təşkil edir.
Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Norveç hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 2,06 avroya (3,8 manat) satılır.
Avropa ölkələri arasında 7-ci sırada olan Azərbaycanda “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 2 manata (1,11 avro) bərabərdir.
Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu 6 ölkə var – Rusiya, Belarus, Türkiyə, Ermənistan, Gürcüstan və Moldova.
Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti aşağıdaki kimi olub:
Rusiya – 0,67 avro
Belarus – 0,84 avro
Türkiyə – 0,98 avro
Ermənistan – 1,07 avro
Gürcüstan – 1,11 avro
Moldova – 1,11 avro
Azərbaycan – 1,11 avro
Sloveniya – 1,24 avro
Şimali Makedoniya – 1,25 avro
Rumıniya – 1,28 avro
Ukrayna – 1,32 avro
Xorvatiya – 1,33 avro
Malta – 1,34 avro
Bolqarıstan – 1,357 avro
Polşa – 1,39 avro
Kipr – 1,39 avro
Serbiya – 1,40 avro
Bosniya və Herseqovina – 1,42 avro
Monteneqro – 1,43 avro
Litva – 1,46 avro
Andorra – 1,49 avro
Avstriya – 1,49 avro
Çexiya – 1,50 avro
Slovakiya – 1,50 avro
Lüksemburq – 1,51 avro
Albaniya – 1,54 avro
İrlandiya – 1,54 avro
İspaniya – 1,61 avro
Latviya – 1,62 avro
Macarıstan – 1,65 avro
İsveç – 1,71 avro
Estoniya – 1,72 avro
Portuqaliya – 1,73 avro
Belçika – 1,76 avro
Böyük Britaniya – 1,78 avro
İsveçrə – 1,82 avro
İtaliya – 1,83 avro
Almaniya – 1,85 avro
Yunanıstan – 1,86 avro
Fransa – 1,86 avro
Danimarka – 1,88 avro
Finlandiya – 1,94 avro
Niderland – 1,96 avro
İslandiya – 2,02 avro
Norveç – 1,06 avro












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru