AYB hər il yazarlardan 35 min manata yaxın pul qazanır - AÇIQLAMA

16-01-2023, 20:19           
AYB hər il yazarlardan 35 min manata yaxın pul qazanır - AÇIQLAMA
“Hazırda Azərbaycan Yazıçılar Birliyinin 2300 üzvü var”.

TEREF.AZ bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib. O, illik üzvlük haqqının 15 manat olduğunu bildirərək, bu ödənişin hansı üsulla həyata keçirilməsi sualına da aydınlıq gətirib:

“Birliyə üzv olmuş şəxslər üzvlük haqqını AYB-nin binasına yaxınlaşaraq mühasibatlığa, yaxud da kart vasitəsilə ödəyə bilirlər. Mühasibatlığın kartına, yəni AYB-nin hesabına göndərə bilirlər”.

Xəyal Rza mühasibatlığdakı kartın kimə məxsus olması barədə suala cavabında onun AYB-nin ümumi hesabı sayıldığını qeyd edib. Qurum rəsmisi üzvlük haqqını ödəməyənləri hansı aqibətin gözlədiyi məsələsinə də toxunub:

“Əvvəllər heç bir cəza tətbiq olunmayıb. Sonradan, yəni 2021-ci ildə belə qərara gəldik ki, son iki ilin üzvlük haqqı verilməklə əvvəlki illərin ödənişləri bağışlanılsın. 2020-2021-ci ilin ödənişləri tələb olundu. Gecikdirib və ya verməyənlər azdır, amma onlara bir neçə dəfə “Ədəbiyyat” qəzeti vasitəsilə xəbərdarlıq olunur. Hələlik bu təcrübədən istifadə olunmayıb, lakin son qərara görə üzvlük haqqını 3 il ərzində ödəməyənlər üzvlükdən xaric edilirlər”.

Beləliklə, sadə hesablamaya görə ümumilikdə il ərzində AYB-nin hesabına üzvlük haqları tam toplanarsa 34500 AZN daxil olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru