Ukraynalı hakerlər rus polkovnikin arvadının poçtunu sındırdı - 18+ FOTO

1-04-2023, 11:52           
Ukraynalı hakerlər rus polkovnikin arvadının poçtunu sındırdı - 18+ FOTO
Rusiya-Ukrayna müharibəsi təkcə döyüş meydanında, hərbi müstəvidə getmir.

Lent.az-ın xəbərinə görə, informasiya müharibəsi də silahlı konfliktin tərkib hisəsidir. Bu hissədə isə gözəgörünməz qəhrəmanlar – hakerlər ciddi rol oynayır.

Bu günlərdə ukraynalı hakerlər məşhur rus polkovnikin arvadının intim fotolarını yayıblar. Rusiyanın 960-cı hücum eskadrilyasının rəisi, polkovnik Sergey Atroşenkonun arvadı Liliya ilə kontakta girən hakerlər özlərini hərbçi kimi təqdim ediblər. Onlar polkovnikin arvadından hərbçilərdə ruh yüksəkliyi yaratmaq üçün maraqlı şəkillər yollamasını xahiş ediblər.
Qadın bu xahişi yerinə yetirərək hərbçi arvadlarının aerodromdakı şəklini yollayıb. Fürsətdən istifadə edən hakerlər qadının poçtuna girərək onun ərinə yolladığı fotoları da yükləyiblər.

Biz etik məsələləri nəzərə alaraq açıq-saçıq fotolardan cəmi ikisini təqdim edirik.

Qeyd edək ki, polkovnik Sergey Atroşenko Mariupolun bombalanması zamanı vacib rol oynayan hərbçilərdəndir. Hakerlərin bu əməliyyatı Ukrayna kəşfiyyatına digər rus hərbi pilotların da şəxsiyyətini müəyyən etməyə imkan verib.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.