Ukrayna müdafiə qüvvələrinin tərkibində ölən Gürcüstan əsilli döyüşçülərin sayı məlum olub

2-04-2023, 09:04           
Ukrayna müdafiə qüvvələrinin tərkibində ölən Gürcüstan əsilli döyüşçülərin sayı məlum olub
Ukrayna müdafiə qüvvələrinin tərkibində ölən Gürcüstan əsilli döyüşçülərin sayı məlum olub

2022-ci il fevralın 24-dən Ukraynanın müdafiə qüvvələrinin tərkibində Gürcüstanəsilli 40 döyüşçü həlak olub. “Report” xəbər verir ki, bu barədə “News Georgia” məlumat yayıb.

Bildirilib ki, onların bəziləri müharibənin başlaması ilə könüllü kimi gəliblər, bəziləri isə artıq uzun müddət Ukraynada yaşayıb və Ukrayna vətəndaşlığına malik olublar. Sonuncular arasında əslən Qoridən olan 29 yaşlı Mixail Mazanaşvilinin ölümü məlum olub. Son illərdə o, Ukraynada yaşayıb və burada ailə həyatı qurub.

Bundan əvvəl agentlik Ukrayna tərəfində 1 500-ə yaxın gürcü döyüşçünün savaşdığını bildirmişdi. İlk gürcü könüllü martın 18-də həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru