Rusiya bunu ələ keçirsə... -

3-04-2023, 10:49           
Rusiya bunu ələ keçirsə... -
Ukraynada Britaniyanın “Challenger” tankının Rusiya ordusu tərəfindən ələ keçirilməsi və onun Qırmızı Meydanda parad zamanı nümayiş etdirilməsi Londonun hərbi reputasiyasına zərbə olacaq.

Bu barədə polkovnik-leytenant Stüart Kroufordun “Ekspress” nəşrinə yazdığı məqaləsində deyilir.

"Moskvada Qırmızı Meydanda nümayiş etdiriləcək ələ keçirilmiş, zədələnməmiş "Challenger 2"nin məlumat effektini təsəvvür edin! Ukrayna və Britaniya hakimiyyət orqanları ehtiyatlı olmalıdırlar, çünki ruslar döyüş meydanında bu maşınlara sahib ola bilərlər", - o bildirib.

Krouford tankın hansı texnoloji xüsusiyyətlərinin rus mühəndisləri və silah ustaları üçün maraqlı ola biləcəyini açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru