Sankt-Peterburqun mərkəzindəki partlayışın bəzi təfərrüatları bəlli oldu - FOTO

3-04-2023, 10:58           
Sankt-Peterburqun mərkəzindəki partlayışın bəzi təfərrüatları bəlli oldu - FOTO
Ötən gün Rusiyanın St. Sankt-Peterburq şəhərində baş verən güclü partlayışın bəzi təfərrüatları bəlli olub.

BAKU.WS BBC-yə istinadən xəbər verir ki, "Street Food Bar No 1" adlı kafedə yaşanan hadisə zamanı 25 nəfər yaralanıb.

Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda 19 nəfər xəstəxanaya yerləşdirildiyi, onlardan 10 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilib.

Hələlilk araşdırmalar davam etdiyindən partlayışı törədəninin kimliyi məlum deyil.

Xatırladaq ki, ötən gecə baş verən partlayışda 1 nəfər öldüyü, 16 nəfər yaralandığı bildirilib. Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumatda ölən şəxsin Rusiyayönlü prezident Vladimir Putinin hərbi bloqçusu Vladen Tatarski kimi tanınan Maksim Fomin olduğu bildirilib.

Partlayışın dostlarının Tatarskiyə hədiyyə etdiyi heykəlin içərisinə yerləşdirilmiş bomba səbəbindən baş verdiyi qeyd edilib:

"Büstü gətirib ona təqdim edən gənc qız idi", - deyə hadisə şahidi bildirib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru