DİNİ TƏRİQƏTİN QIZLARDAN İBARƏT KİLLER DƏSTƏSİ: amansız qətllər və... (ARAŞDIRMA) q

3-04-2023, 11:42           
DİNİ TƏRİQƏTİN QIZLARDAN İBARƏT KİLLER DƏSTƏSİ: amansız qətllər və... (ARAŞDIRMA)
Günümüzdə müxtəlif inanclara, hətta cinayətlərə söykənən dini təriqətlər əsas mövzulardan biridir. Pis budur ki, bu tip təriqətlər zəif xarakterli insanları müxətlif yollarla ələ alır, onların "beynini yuyur", zombiləşdirir və daha sonra isə çirkin məqsədləri üçün istifadə edirlər.

Elə təxminən 60 il əvvəl ABŞ-da gözdən uzaq bir təriqətin həyata keçirdiyi sensasiyalı cinayətlərin tədqiqi də belə düşünməyə əsas verir. Ona görə, hər kəs, xüsusilə gənclər çox diqqətli olmalıdır...

Beləliklə, 1960-cı illərdə anası tərəfindən qəbul edilməyən, küçədə yaşayaraq çoxsaylı xırda cinayətlər törətmiş və "qiyamət günü"nün varlığı ilə "qidalanan" Çarlz Manson adlı bir amerikalının ölkədə gizli qurduğu təriqətin "yolu"na işıq salaq.

Qeyd edək ki, Mansonun dini təriqətinin gənc qızlardan ibarət killer dəstəsi elə amansız qətllər törədib ki...

Mia.az xarici mətbuatda bu təriqətlə bağlı dərc olunan araşdırmanın tərcüməsini təqdim edir:

***

Amerika vətəndaşı Çarlz Manson onun İsa Məsihin reenkarnasiyası (ruh gücü) olduğuna inanırdı.

Bu inanca uyğun olaraq, Manson 8 aylıq hamilə olan məşhur aktrisa Şaron Tate də daxil olmaqla, bir çox qətllərin sifarişçisi və təşkilatçısı olub.

MANSON KİM OLUB: RUHİ XƏSTƏ, yoxsa "QİYAMƏTİN XƏBƏRÇİSİ"?

Amerikalı Manson Armageddon konsepsiyasını (Dünyanın sonunun xəbərçisi olan "qiyamət günü"nü savaşı), "Scientology" təlimlərini ("Scientology" amerikalı Ron Hubbard tərəfindən inanclar və onların cəmiyyətdə tətbiqi barədə praktik yolları göstərən araşdırma) və ən nəhayət, "Qiyamət kilsəsi" kimi qaranlıq dini məkanları ciddi tədqiq edən biri olub.



O, bir çox cəhətdən 1960-cı illərdə ortaya çıxmağa başlayan yarı-dini qruplara oxşar xüsusiyyətləri və inanclari mənimsəyibmiş. Onun banisi olduğu təriqət barədəki mənbələr, həmçinin, məhkəmə proseslərini tədqiq edən qaynaqlar yazır ki, Manson özünü "qiyamətin xəbərçisi" olduğuna tam inandırıbmış...

MÜRİDLƏRİ ONUN İSA PEYĞƏMBƏRİN RUH DAIŞYICI OLDUĞUNA İNANIR

"Manson təriqəti"la bağlı həqiqətlər üzə çıxanda, onun sehrili göbələklər kimi içində "ruhu qidalandıran" maddələr olduğu inanılan halüsinogen içkilər (zəif təsirli psixotrop dərmanlar da demək olar -MİA.AZ) içən təxminən 100 nəfərdən ibarət dəstə olduğu güman olunub. İlk dəfə bu təriqətin təməli ABŞ-ın San Fransisko şəhərində atılıb. Lakin Monson az sonra bu şəhəri tərk edərək,ona sitayiş edən müridləri ilə San Fernando vadisində xarabaya qalmış tikili və yarımtiklilərlə bol olan bir əraziyə sığınıblar.

Mansonın müridləri əsasən azyaşlı və daha tez təsirə düşən qızlar olub. O, sanki belə qızları əli ilə qoymuş kimi tapar və qısa zamanda ailəsindən qopararaq təriqətiin əsgərinə çevirərmiş. Onların hər biri Mansonun İsa peyğəmbərin ruhu və ya ruh daışıycı olduğuna bütün varlıqları ilə inanırmışlar. Bəzi iddialara görə, az da olsa, onun bu gün də davamçıları var...

HOLLYWOOD ULDUZLARININ QƏTLİ...

Amerika qaynaqlarına görə, Manson təriqətinin Hollywood ulduzlarına qarşı amansız cinayətləri sırf bir təsadüfdən başlayıb.

Belə ki, təriqətin üzvü olan iki qız yol kənarında gedəcəkləri ünvan üçün bir maşına əl ediblər. Həmin maşını sürən isə məşhur musiqi qrubu olan "Beach Boys"un üzvünə məxsus olub.

Qaynaqlar yazır ki, maşında qızlarla musiqiçi arasında xoş münasibət yaranıb. Və onlar sonradan dəfələrlə görüşüblər. Hətta elə anlar olub ki, təriqətin bir neçə üzvü eyni anda musiqiçinin evində yaşayıb. Bu əlaqə sayəsində Manson Hollywood ulduzları ilə oturub-duran"Beach Boys"un rəhbəri Terri Melçherlə tanış olub. Ancaq onun Melçerlə söhbəti bilinməyən səbəbdən alınmayıb. Və bu, onun tanınmış, imkanlı Hollywood üzvlərinə qarşı nifrətini artırıb. Belə bir məqamda bir çox Hollywood filmlərinin rejissoru Roman Polanskinin də Mansonun görüş təklifini rədd etməsi "bardağı daşırıb".

Başqa sözlə desək, bununla da "seçkin insanlar" tərəfindən qəbul edilmədiyini düşünən təriqət lideri amansız qətllərə başlamaq qərarını verir.


Foto: Mansonun müridlərindən Çarls Tex Vatson

ALINMAYAN SÖHBƏT, BÖYÜYƏN NİFRƏTİN İLK QURBANLARI...

1969-cu ilin avqustunda Manson "Hollywood"un daha çox tanınmış simalarına qarşı amansız sui-qəsd planlarını həyata keçirmək təriqətdəki ən sadiq qrupunu formalaşdırıb. Onlara ilk olaraq məşhur rejissor Roman Polanskini aradan götürmək tapşırılır. Gənc qızlardan ibarət amansız qrup məşhur rejissoru "Beveryly Hills"dəki evində öldürməyə qərar verir. Lakin təsadüfə bax ki, təriqət qatilləri evə gələndə, Polanski film çəkilişi üçün Londonda səfərdə olur. Lakin qatillər geriyə əliboş qayıtmaq istəmirlər. Onlar həmin an evdə olan rejissorun 8 aylıq hamilə xanımı və daha 4 qonağını amansızlıqla "aradan götürürlər".

..
Foto: Manson təriqətinin killer üzvləri - soldan sağa: Susan Atkins, Patrisia Krenvinkel və Leslie Van Houten

Rəsmi qaynaqlara görə, təriqət lideri Manson şəxsən bu cinayətlərin heç birində iştirak etməyib. Onun plan üzrə bütün sui-qəsd sifarişlərini ən itaətkar və amansız müridləri - Çarls Tex Vatson, Susan Atkins, Patrisia Krenvinkel və Linda Kasabian yerinə yetiriblər. Sonradan bu cinayət işi üzrə keçirilən məhkəmə sənədlərindən bəli olur ki, Monson rejissor Roman Polanskinin qətlini sifariş verərkən ilk olaraq evdə olan hər kəsi elə onun gözləri qarşısında öldürməyi tapşırıbmış.


Foto: 5 nəfərin qətl edildiyi "Beverly Hills"dəki ev

REJİSSORUN AİLƏSİ NECƏ ÖLDÜRÜLÜB?

İddialara görə, məhz bu üzdən onun evinə gedən, lakin rejissor Roman Polanskini evdə tapa bilməyən qızlar burada olan rejissorun 8 aylıq hamilə xanımı olan aktrisa ilə bərabər, 4 nəfəri dəhşətli amansızlıqla öldürüblər.

Məhkəmə sənədlərində liderlərinin amansız planını icra etməyə gedən təriqət üzvlərindən istintaqla əməkdaşlıq edən yeganə gənc qız Kasabian bildirib ki, ilk əvvəl evin Steven adlı gözətçisi öldürülüb: "Biz evə girmədən gözətçi Steveni vurdular. Bundan sonra məni şoka düşdüm, özümü itirdim, bu səbəbdən mənə bayırda sürücü kimi gözləməyi tapşırdılar. O birilər evə girdi. Polanski yox idi. Evdə onun 8 aylıq hamilə arvadı, məşhur aktrisa Şaron Tate, Jay Sebrinq Abigail Folger və Voytek Frykovski vardı. Onların hamısının əlllərini bağlayaraq bir otağa topladıalr. Onlara qorxunc və amansız xəsarətlər yetirərkən necə olubsa, Frykovski ilə Folger evdən həyətə qaçmağı bacardılar. Ancaq arxalarınca gələn Vatson və qızlar burada onların canlarını aldılar...".


Foto: Mansonın müridlərindın Susan Atkins

Kasabian əlavə edib ki, Frykovskinin qanlar içində evdən çıxdıqdan sonra ona da yalvarıb: "Lakin mən dəhşət içindəydim, ona sadəcə dedim ki, mən bu vəziyyətə görə üzgünəm, əlimdən heç nə gəlmir. Həmin an içəridən qızlar gəldi və ona yanılmıramsa daha 28 bıçaq zərbəsi vurdular. Bundan sonra mən də evə daxil oldum. İçəridə dəhşətli mənzərə vardı. Şaron Tate yaralı idi, o, doğacaq uşağının həyatı üçün yalvarırdıı. Amma Atkins ona aman tanımadı, qəsdən qarnından amansızlıqla bıçaq soxmağa başladı. O, bıçaq vura-vura Şaron Tateni söyərək "sənə qəti rəhm etmirəm, öləcəksən, buna özünü nə qədər tez hazırlasan, daha yaxşıdır" dedi. Atkins Şaronu öldürdükdən sonra onun qanı ilə evin giriş qapısına "donuz" sözünü yazdı.


Foto: Şaron Tate

MANSON TƏRİQƏTİ 35 AMANSIZ QƏTL TÖRƏDİB?

Qaynaqlar yazır ki, Manson təriqətinin təxminən 35 amansız qətl törətməsi ehtimalı var. Lakin onların çoxu dəlil yetərsizliyindən sübut edilməyib. Lakin yuxarıda qeyd edilən 5 nəfərin qətli ilə yanaşı, bu hadisədən bir gün sonra, yəni, 10 avqust 1969-cu ildə zəngin süpermarketlərdən birinin sahibi Leno LaBianka və onun xanımı Rosemarinin ölümünü bu təriqətin "killer dəstəsi"nun həyata keçirməsi sübut olunub.


Foto: öldürülən Leno LaBianca və arvadı Rosemary LaBianca

QƏTLLƏRİN ÜSTÜ NECƏ AÇILIB?

İstintaq sənədlərində bu qətllərin üstünün də çox təsadüf nəticəsində açıldığı yazııb. Qeyd edilib ki, Mansonun planı ilə killer dəstəsi o qədər peşəkar formada qətlləri icra edirlərmiş ki, geridə iz buraxmırlarmış.

Gülməli görünə bilər, amma qaynaqlar rəsmi sənədlərə istinadla yazır ki, Manson və "killer dəstəsi" ilk olaraq törədikləri amansız qətllərə görə deyil, Mojave meşə massivinə daxil olan "Ölüm Vadisi Ulusal Park"na tez-tez yığılmalarına görə polisə aparılıblar.

Məlumata görə, ərazi üzrə sahə müvəkkili təriqət üzvlərinin amansız qətllər törətdiklərindən xəbərsiz Mansonu və daha bir neçə nəfəri saxlayaraq ifadəsini almaq üçün şöbəyə gətirib. Burada onların tez-tez dini kəlmələrdən istifadə etmələri, geyim və davranışları daha çox diqqəti cəlb edib. Bu səbəbdən sorğu-sual dərinləşdirilib. Və bu zaman killer dəstəsnin ən amansız üzvü Susan Atkinsin ağzından çıxardığı cinayət etirafı istintaqın hədəfini böyüdüb. Beləliklə, təriqətin ən azı 2 cinayəti detallarına qədər sübutla məhkəməyə göndərilib.

"BİZ YENİDƏN DÜNYAYA QAYIDACAÖĞIQ"

1970-ci ildə məhkəməyə çıxarılan Manson və sadiq killer dəstəsinin üzvlərinin çxışları, həyat tərzləri, fəaliyyət istiqamətləri böyük maraqla izlənilib. İlk çıxışında qısa danışan Manson deyib ki, "Qiyamət günü"nün xəbərçisidir və yaşadığımız dünya nüvə savaşı ilə məhv olacaq: "Mən, yeni Məsihəm. Mən və davamçılarım dünya yoxa çıxan vaxtı geniş bir ərazidə gizli bir dünyada saxlanaraq xilas olacaq və yenidən dünyaya qayıdıb hökm edəcəyik".


Foto: Çarlz Manson həbsdə

MANSON AZYAŞLI QIZI NECƏ ƏLƏ ALIB?

Məhkəmədə onunla birgə mühakimə olunan killer dəstəsinin 19 yaşlı üzvü Van Houten deyib ki, Manson balaca olarkən tanıyıb: "Mən həmin caxtı balaca və müdafiəsiz idim, anam məni atmışdı, ona nifrətim o qədər idi ki... Belə bir anda Manson qarşıma çıxdı. O, müqəddəs adamdır...".

Yeri gəlmişkən, ömürlük həbsə məhkum olunan Van Houten 30 il sonra ev dustaqlığına, yaxud şərti cəza ilə buraxılmasına çalışıb. Bununla bağlı keçirilən prosesdə, o, törətdikləri digər cinayətlərdən söz açıb. Deyib ki, indi də bu barədə düşünəndə, dəli olmaq həddinə çatır.

Onun 2006 və 2010-da azadlıq üçün hər iki müraciəti məhkəmə tərəfindən rədd olunub.


Foto: Mansonun müridi Leslie Van Houten

Məhkəmədə hamilə aktrisanı amansızlıqla şəxsən öldürən Susan Atkinsin ifadəsəi isə dəhşət doğurub. Gənc qız etiraf edib ki, Şaron Tateni öldürərkən, onun 8 aylıq uşağını qarnından çıxarıb doğramaq istəyib: "Ancaq həmin zaman buna vaxtımız olmadı. Əgər tutulmasaydıq, digər qurbanlarımızı yeni-yeni, fərqli ölüm üsulları ilə öldürəcəkdik. Əsasən də "Hollywood"un ulduzlarının çoxunu ya öldürəcək, ya da şikəst edəcəkdik. Siyahımızda Elizabet Teylor və əri Riçard Burton, Frank Sinatra, Stiv Maqueen və Tom Cones də vardı...".

MANSONUN VƏKİLLİYİNDƏN İMTİNA EDƏN ŞƏXSİN ŞÜBHƏLİ ÖLÜMÜ...


Foto: Monson məhkəməyə aparılarkən

1970-ci ilin iyununda vəkil Ronald Hughes Manson və Van Houtenin cinayət işləri üzrə prosesə qatılıb.

Həmn prosesdə "məşhurları niyə öldürmək istədiniz" sualına, Atkins belə cavab verib: "Çünki Manson təriqəti dünyanın və insanların diqqətini çəkmək istəyirdi".

Qaynaqlar yazır ki, həmin prosesdən sonra vəkil Hughes sirli bir şəkildə müvəkkillərini müdafiə etməkdən imtina edib.

İddialara görə, bu hərəkəti vəkilin həyatına son verib. Belə ki, həmin prosesdən az sonra o, yoxa çıxıb. Aylar sonra isə vəkilin çürümüş cəsədi sahibsiz ərazidə tapılıb. Bildirilib ki, bu qətl də Manson təriqətinin bayırda qalan üzvləri tərəfindən qisas məqsədiylə həyata keçrilib...

QADIN HEYRANLARI MƏHKƏMƏDƏ MANSONU TƏK BURAXMAYIB

Manson məhkəmədə özünü müdafiə etmək üçün yardım kampaniyasına başlayıb. O, bu məqsədlə "Lie" adlı albom buraxıb. Qısa zamanda bu albomu ona yaxşı qazanc gətirdiyindən təriqət lideri özünə və killer dəstəsinə ayrıca vəkil tutub.

Yeri gəlmişkən, Manson məhkəmə proseslərinə alnına X işarəsi həkk olunmuş halda çıxıb. Bu, onun bütün proseslərdə yalnız buraxmayan qadın ardıcılları və tərəfdarlarının diqqətini çəkib. Onlar hökm oxunana qədər bütün proseslərəə saçlar qırxılımış, alınlarında X (xaç) işarəsi qoyulmuş şəkildə gəlibər.

Tarixi qaynaqlara görə, hətta elə qadınlar olub ki, Mansona görə aylarla məhkəmə binansının ətrafında gecələyib.

MANSON VƏ ARDINCILLARI PEŞMAN OLMAYIB

Məhkəmə boyu təriqət üzvləri tez-tez gülür, bəzən üz-gözlərini turşudur, bəzən ətrafı ironiya ilə süzüb, zərərçəkənlərin yaxınlarına replikalar atıblar.

25 yanvar 1971-ci ildə Manson yuxarıda qeyd edilən iki amansız qətl planının əsas təşkilatçısı kimi ittiham olunub. O, ölüm cəzasına məhkum olunub, lakin Kaliforniya Ali Məhkəməsi 1972-ci ilə qədər ölüm hökmlərini ləğv etdiyindən, onun cəzası avtomatik olaraq ömürlük həbslə əvəzlənib. Manson son qırx ilini dəmir barmaqlıqlar arxasında keçirib və orada da ölüb.


Fotoda soldan sağa mansonun killler dəstəsi: Susan Atkins, Patricia Krenvinkel, Leslie Van Houten

P.S. Son olaraq, qeyd edək ki, bu amansız təriqətin işi üzrə istintaqla yeganə əməkdaşlıq edən Kasabian şahid kimi "toxunulmazlıq statusu" verilib.

Susan Atkins ölüm cəzasına məhkum edilib, lakin sonradan onun cəzası da ömürlük həbslə əvəz olunub. 1969-cu ildən 2009-cu ilə qədər, yəni, ölümünə qədər həbsdə olub.

Samir MUSAYEV
MİA.AZ














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.