Britaniya Kralının şəxsi sərvəti açıqlandı

17-04-2023, 00:15           
Britaniya Kralının şəxsi sərvəti açıqlandı
Böyük Britaniya kralı III Çarlzın şəxsi sərvəti 600 milyon funt-sterlinqə (745 milyon dollara) çatır ki, bu da onun anası Kraliça II Elizabetin (1926-2022) sərvətini üstələyir. 2022-ci ilin may ayında dərc olunan hesablamalara görə, mərhum kraliçanın sərvəti 370 milyon funt sterlinq (460 milyon dollar) olaraq qiymətləndirilib.

Məlumata görə, yeni kral təkcə anasından aldığı miras sayəsində deyil, həm də Kornuol hersoqluğunun uğurlu idarəçiliyi sayəsində belə əhəmiyyərli nəticə əldə edə bilib. Söhbət monarxa məxsus olan daşınmaz əmlak kolleksiyasından gedir.

III Çarlz hələ Uels şahzadəsi ikən 2011-2022-ci illərdə hersoqluğun gəlirini 42,6% artıraraq ildə 25,4 milyon funta (31,5 milyon dollar) çatdırıb. Ölkə daxilində hersoqluğa daxil olan 130.000 akr (52.600 hektar) ərazinin, habelə Londondakı 260 fermanın və bir stadionun ümumi dəyəri demək olar ki, 50% artaraq 1.04 milyard funta (1.3 milyard dollar) çatıb.

Bildirilir ki, təkcə 2012-ci ildən 2022-ci ilə qədər əlahəzrət qraflığa sahib olmaqdan 212,7 milyon funt sterlinq (264 milyon dollar) məbləğində gəlir əldə edib və könüllü olaraq ondan tələb olunmayan gəlir vergisini ödəyib.

Qeyd olunur ki, 74 yaşlı monarx həm də qənaətcilliyi ilə tanınır. Belə ki, o, tez-tez uzun illər əvvəl aldığı kostyumları geyinir və elektrik enerjisinə qənaət etməkdə çox diqqətlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.