"Supermen"in gücünü aldığı yaşıl maddənin sirri açıldı
Bu gün, 12:37

Nadir yadarit mineralı "Supermen" barədə filmlərdəki uydurma kriptonit maddəsi ilə demək olar ki, eyni kimyəvi tərkibə malikdir. Kriptonit "Supermen"in gücünü əlindən alırsa, yadarit, əksinə, real dünyada təmiz enerji mənbəyidir. Alimlər Yer kürəsində yalnız bir yerdə tapılan bu nadir mineralın necə əmələ gəldiyini müəyyən ediblər.
Bu barədə "IFLScience" yazır.
Məlumata görə, yadarit litiumla zəngin unikal mineraldır. Bu kimyəvi element bəşəriyyətin ənənəvi yanacaqlardan istifadə etmədən təmiz enerjiyə keçidində mühüm rol oynayır. İndiyə qədər yadarit planetin yalnız bir yerində - 2004-cü ildə Serbiyada kəşf edilib və o vaxtdan bəri dünyanın başqa heç bir yerində tapılmayıb.
Alimlər artıq çox nadir və litiumla zəngin mineralın necə əmələ gəldiyini kəşf ediblər. Belə ki, yadaritin əmələ gəlməsi üçün litiumla zəngin vulkanik şüşə, qələvi turşularla zəngin göllər və kristal strukturlara çevrilən gil minerallar lazımdır. Ancaq bütün bu şərtlərin eyni anda olması halı təbiətdə çox nadirdir.
Yadaritin necə əmələ gəldiyini başa düşmək yeni yataqları kəşf etməyə və laboratoriyada onun yaradılması üçün lazım olan şəraiti qurmağa imkan verəcək.

