"Nəsimi" metrostansiyasının yanındakı "ölüm tələsi" VİDEO

16-06-2025, 12:44           
"Nəsimi" metrostansiyasının yanındakı "ölüm tələsi"  VİDEO
"Necə olmalıdır" rubrikasının növbəti buraxılışı yayımlanıb.

Bu dəfə metronun "Nəsimi" stansiyası yaxınlığında, İlqar Cümşüdov və Svetlana Məmmədova küçələrinin kəsişməsindəki yol təhlükəsizliyi problemindən bəhs olunub.

Bildirilib ki, İlqar Cümşüdov küçəsindən gələn nəqliyyat vasitələri, xüsusilə də gecə saatlarında küçədəki arakəsməni vaxtında görmür və bu da qəza riski yaradır.

Sakinlərin sözlərinə görə, həmin ərazidə mütəmadi olaraq yol-nəqliyyat hadisələri baş verir. Bundan əlavə, sağ tərəfdə, döngədə park edilən avtomobillər yolu daraldır və hərəkətdə olan nəqliyyat vasitələrinin qarşısında maneə yaranır.


Xüsusilə gecə saatlarında arakəsməni görmək mümkün olmadığından buraya ya işıqqaytarıcı elementlərlə təchiz olunmuş "maneəni sağdan keç" nişanı qoyulmalı, ya da arakəsmənin yolun içinə çıxan hissəsi sökülməlidir.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru