Qırmızı meyvələr nə üçün faydalıdır?

Bu gün, 15:54           
Qırmızı meyvələr nə üçün faydalıdır?
Təbiətin bizə bəxş etdiyi ən parlaq rənglərdən biri olan qırmızı meyvələrdə təkcə gözəllik deyil, eyni zamanda sağlamlıq üçün güclü faydalar da ifadə edir. Foodinfo.az xəbər verir ki, qırmızı meyvələr zəngin vitamin, mineral və antioksidant mənbəyi olaraq orqanizmi bir çox xəstəlikdən qorumaqda mühüm rol oynayır.Qırmızı meyvələrin özünəməxsus rəngi, tərkibindəki antosiannin və likopen kimi təbii piqmentlərdən qaynaqlanır. Bu maddələr orqanizmdə antioksidant təsir göstərərək hüceyrələri zədələnmədən qoruyur və xərçəng, ürək-damar xəstəlikləri, yaşlanma və iltihab kimi problemlərlə mübarizə aparmağa kömək edir.1. ÇiyələkC vitamini ilə zəngindir. Dəri sağlamlığını və immun sistemini gücləndirir. Ürək sağlamlığına müsbət təsir edir.2. AlbalıTəbii ağrıkəsici və iltihabəleyhinə təsirə malikdir. Əzələ ağrılarını azaldır. Yuxunu yaxşılaşdıran melatonin ehtiva edir.3. Qırmızı üzümResveratrol adlı antioksidant sayəsində ürək xəstəlikləri riskini azaldır. Xolesterolu tənzimləyir. Beyin funksiyalarını dəstəkləyir.4. QarpızLikopen baxımından zəngindir. Bədəndə su balansını qoruyur. İsidici günlərdə təbii detoks vasitəsidir.5. NarTəbii antioksidantlarla zəngindir. Qan dövranını yaxşılaşdırır. İmmuniteti gücləndirir.Eyni zamanda, qırmızı meyvələr xərçəngə qarşı qoruyucu təsir göstərir (xüsusilə prostat və süd vəzi xərçəngi). Beyin sağlamlığını dəstəkləyir. Görmə qabiliyyətini qoruyur (göz hüceyrələrini gücləndirir). Dərinin gəncləşməsinə və elastikliyinə kömək edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.