Pezeşkian: “Son nəfəsimizə qədər dayanacağıq!”
Bu gün, 15:26

İran prezidenti Məsud Pezeşkian parlamentin açıq iclasında çıxış edib.
"Mehr" agentliyi xəbər verir ki, prezident İstrailin İrana hücumlarını pisləyərək deyib:
"Düşmən bizi qətl və terrorla səhnədən silə bilməz. Hər həlak olan qəhrəman yüzlərlə qəhrəmanla əvəz olunur və bu zalımların qarşısında dayanır".
İranın təcavüzkar ölkə olmadığını vurğulayan Pezeşkian "bu gün bizim birlik və həmrəyliyə hər zamankindən daha çox ehtiyacımız var. Bütün xalqımız əl-ələ verib bu təcavüzə qarşı möhkəm dayanmalıdır" deyib.
Pezeşkian "biz danışıqlar masasını tərk edən tərəf deyildik. Əksinə, dolayı danışıqlara başladıq",- deyə qeyd edib.
Prezident sözlərini belə davam etdirib: "Nüvə enerjisindən və cəmiyyətə fayda verən tədqiqatlardan bəhrələnmək bizim haqqımızdır və bunu heç kim bizdən ala bilməz. Biz bu haqqı müdafiə etmək üçün var gücümüzlə dayanırıq və bu mövzuda heç bir gücdən qorxmuruq. Biz bütün İslam ölkələrinə qardaşlıq əli uzatmışıq, çünki onlar bizim qardaşdırlar. Bu gün onların əksəriyyəti, hətta bəlkə də hamısı bizim yanımızdadır".
"ABŞ hazırda zalımdır. İsrailin beynəlxalq hüquqa zidd olaraq ölkəmizə hücumuna göz yumur. Müharibəni biz başlamamışıq. Biz komandirlərimizi və alimlərimizi öldürməmişik. Bunu edən də bu terrorçulardır. Bir alim nə edə bilərdi ki, dünyanın o biri tərəfindən gəlib onu və ailəsini məhv etsinlər?", - deyə o əlavə edib.
Məsur Pezeşkian “son nəfəsimizə qədər dayanacağıq”,- deyə vurğulayıb.