"Xalqı qırğına verib, siçovul kimi bunkerdə gizlənir" - İran şahının oğlu üsyana çağırdı

Bu gün, 15:47           
"Xalqı qırğına verib, siçovul kimi bunkerdə gizlənir" - İran şahının oğlu üsyana çağırdı
İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi Fox News telekanalına müsahibə verib.
TEREF SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, İran xalqına ilk dəfə fars dilində müraciət edən Pəhləvi hökuməti devirməyə çağırıb.

O, yaranmış sitiuasiyanı “İranı geri almaq üçün unikal fürsət” adlandırıb. “Son 3 gün ərzində rejim 10 dəfə zəifləyib. Artıq dünya da anlamalıdır ki, gərginliyi azaltmağın, nüvə təhlükəsi də daxil olmaqla bütün təhdidlərə son qoymağın yeganə yolu bu rejimi aradan qaldırmaqdır.

Məni daha da qəzəbləndirən odur ki, Əli Xamenei həmvətənlərimdən canlı qalxan kimi istifadə edir, özü isə hazırda hansısa yeraltı tuneldə siçovul kimi gizlənir. Yüksək rütbəli üzvlərin və məmurların artıq ailələrini xaricə göndərdikləri barədə məlumatlar var”, Pəhləvi bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.