EEİG-nin 50 faizlik “kənar gəliri”-FOTOLAR

18-05-2015, 09:44           
EEİG-nin 50 faizlik “kənar gəliri”-FOTOLAR
13 mayda Qafqaz Xəbər Agentliyində (qafqaznews.org ) “Nizami Piriyevi EEİG ilə nə bağlayır?” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə “Azmeco” şirkətinin başçısı Nizami Piriyevin Avropa İqtisadi Ticarət, Kommersiya və Sənaye Palatasının ( EEİG ) ölkəmizdəki nümayəndəliyinin prezidenti kimi fəaliyyətindən bəhs edirdi.

Məqalə müəllifi təsdiq edirdi ki, EEİG üzvü hər il 1000 avro üzvlük haqqı ödəməlidir.

Kerim-31Məqalə müəllifi bildirir ki, Avropa İqtisadi Ticarət, Kommersiya və Sənaye Palatası hansısa otelə, yaxud qida məhsuluna, içkiyə EEİG standartına uyğun olması barədə sənəd verir.

Görəsən EEİG-yə kim səlahiyyət verib ki, müstəqil dövlətin məhsullarına sertifikat versin..?

Qafqaznews.org-un araşdırması nəticəsində məlum oldu ki, Avropa İqtisadi Ticarət, Kommersiya və Sənaye Palatası 25 iyul 1985-ci ildə yaradılmış sadəcə qeyri-hökümət təşkilakatıdır.

EEİG ayrıca bir şəxsə Avropa Keyfiyyət və Xidmət Standartlarını almaq istəyən şirkətləri yoxlamaq üçün səlahiyyət verir. Həmin şəxs EEİG-nin Avropa Keyfiyyət və Xidmət Standartını almaq istəyən hər hansı bir şirkəti, müəssisəni və ya layihəni audit yoxlamaq hüququnu qazanır.Kerim-22

EEİG aşağıdakı sertifikatları verir: “Ekoloji Mənzil üzrə Avropa Keyfiyyət Standartı” (EuEcoQS), “Orqanik məhsullar üzrə Avropa Keyfiyyət Standartı”(EuOPS), “Avropa Xidmət Standartı”(EuSS), “Avropa Otel Standartı”(EuHS), “Avropa Restoran Standartı(EuRS), “Avropa Qəhvə evləri / Kofe Haus Standartı”(EuCS), “ Düşərgə sahələri üzrə Avropa Keyfiyyət Standartı” (EuCSQS), “ Evdən və Birbaşa Satışlar Avropa Keyfiyyət Möhürü”, “Muzey Keyfiyyət Möhürlü Avropa Muzey Standartı”, “Şərab Keyfiyyət Möhürlü Avropa Şərab Standartı”, “ Avropa Sağlamlıq Standartı”, “ Avropa Təhsildə Yüksək Keyfiyyət Standartı”, “Dil Məktəbi Standartı”, “Keyfiyyəti Möhürlü Elektron-Ticarət”- hazırlıq mərhələsi, “Lisenziya Mübadiləsi ” ( Lisenziyaların, patentlərin və françayzinqlərin vasitəçiliyi), “AB-yinə namizəd ölkələrdə Münasib Müəssisələrin Mərkəzi Reyestri”, “ Avropa Mütəxəssislərinin Təsdiqi Mərkəzi Reyesteri”, Sertifikatlaşdırma üzrə İxtisaslı Mütəxəssislərin Təlimi, Yüksək Qabaqcıl Fəaliyyət Avropa Mükafatı”(İnnovasiya Mükafatı), “Yüksək Dizayn Avropa Mükafatı, ” Qlobal İqtisadiyNizami-foto-3yatda Yüksək Fəaliyyət Avropa Mükafatı ”, “Ticarətdə Yüksək Ədalət Avropa Mükafatı”, “ Ekologiya və Davamlılığın İrəliləməsi üzrə Avropa Mükafatı ”(Ətraf mühit Mükafatı), “Yüksək Texniki və İqtisadi Əhəmiyyətli İxtiralar Avropa Mükafatı” (İxtira Mükafatı), “ Qızıl Qəhvə Kubok ”-lu ən yaxşı Qəhvə şirkətlərini və Qəhvəxanalarını mükafatlandırmaq, “ Ticarətdə Avropa Mükəmməlliyi Mükafatı”, “Beynəlxalq Mətbuat Əlaqələri”, “Jurnalistlərin akkreditasiya”, “Press kartlarının verilməsi”.

Avropa bazarına daxil olmaq üçün ticarət markasının, yaxud sənaye nümunəsinin olması zəruridir. Amma sertifikatların qiyməti heç bir standarta uyğun deyil.

Məqalədə göstərilir ki, EEİG-i Avropa StaNizami-foto-12ndartlarının qiyməti 3-cü kateqoriya üzrə 4000 Avro, 2-ci kateqoriya üzrə 6,500 avro, 1-ci kateqoriya üzrə 10,000 avrodur.(Hər bir standartın 3 səviyyədə də təsnifatı var).

imagesNeft Tədqiqatları Mərkəzinin rəhbəri İlham Şaban bu məsələ ilə bağlı Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org ) bildirib ki: “ Mən bu qurumun üzvü olan azərbaycanlı biznesmenləri başa düşə bilmirəm. Onlar sertifikat almaq üçün bu qədər pul ödəyirlər ki, məhsulları sertifikat alsın və məhsulları Avropa bazarına girsin. Axı, Azərbaycanda neftdən başqa heç bir məhsul Avropa bazarına çıxmır”.

FokinBiz məsələyə aydınlıq gətirmək üçün EEİG-nin Rusiya nümayəndəliyinin prezidenti Sergey Fokinlə əlaqə saxladıq. O, Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org ) bildirdi ki, sertifikat almaq üçün heç nə lazım deyil: “ Bizim təşkilat sahibkarlar klubudur. Qurumun üzvü olan sahibkarlar sadəcə üzvlük haqqı ödəyir. Siz öz məhsullarınız və xidmətləriniz barədə Avropa ofisinə siyahı göndərirsiniz və onlar sizə zəruri olan sertifikatı göndərir”.orig_grigorskiy_s_n_

Maraqlıdır, Avropa İqtisadi Ticarət, Kommersiya və Sənaye Palatası neçə şirkətə sertifikat verib..?


Bu sualla Palatanın Ukrayna nümayəndəliyinin prezidenti Stanislav Qriqoryevskiyə müraciət etdik. O, bildirdi ki, bu barədə mən heç nə bilmirəm, ancaq yığılan üzvlük haqlarının 50 faizi Avropaya mərkəzi ofisə göndərilir, qalan 50 faiz isə yerli nümayəndəlikdə qalır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.