Zəlzələ ilə bağlı yayılan məşhur foto saxta çıxdı - FOTO

4-07-2023, 09:09           
Zəlzələ ilə bağlı yayılan məşhur foto saxta çıxdı - FOTO
Xəbər verdiyimiz kimi, Xəzər dənizinin Dağıstan sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

AZXEBER.COM xəbər verir ki, zəlzələ paytaxt Bakıda, Sumqayıt və Abşeron yarımadasında da hiss edilib.

Yeraltı təkan Bakıdan 170 kilometr məsafədə 10 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ baş verdiyi andan bir neçə dəqiqə sonra sosial şəbəkələrdə yenidən təkanların olacağı ilə bağlı saxta məlumatlar paylaşılıb.

Məsələ ilə bağlı texnobloqer Fərid Pərdəşünas da feysbuk hesabında paylaşım edib. O qeyd edib ki, zəlzələ haqqında yayılan proqnoz fotosu saxtadır:

"Google (Android) belə imkana sahib deyil. Ümumiyyətlə, zəlzələnin proqnozunu verən texnologiya yoxdur. Texnologiyalar sadəcə zəlzələdən saniyələr əvvəl yayılan P dalğalarını təyin edərək, bir neçə saniyə öncə xəbərdarlıq edə bilir”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.