Amerikanın seçki sisteminin dürüstlüyü ilə bağlısuallar meydana çıxıb

7-08-2016, 02:42           

Birləşmiş Ştatlarda seçkilərin qızğın çağinda həm sağ, həm də sol cinah Amerikanın seçki sisteminin dürüstlüyü ilə bağlı suallar qaldırıb.

. “Mən seçkilərin saxtalaşdırılacağından qorxuram” deyə, Donald Tramp bildirib.

Hökumətə etimadsızlıq geniş yayılıb. Əslində demokratiya elə budur. Marqaret Corgensenin vəzifəsi verilən hər səsi hesaba almaqdır. Onun sözlərinə görə, “seçkilərin saxtalaşdırıldığını deyən hər bir şəxsin yəqin ki, seçki administrasiyasının işindən xəbəri yoxdur.”

Corgensen deyir ki, saxtalaşdırmanın qarşısını almaq üçün administrasiya çox iş görür.

Hər iki siyasi partiyadan olan müşahidəçilər bütün seçki məntəqələrini müşahidə edə bilər. Həm elektron, həm də kağız bülletenlərlə verilmiş səsləri sənədləşdirən cihazlar getdikcə populyarlaşır. Belə ki, rəsmilər şübhələndikləri hər hansı səsi cihazda olan məlumatı yoxlamaqla aşkar edə bilər.

Lakin bu cihazlar heç də hər yerdə yoxdur. Odur ki, auditorlar seçkiləri təsdiqləmək üçün qəfil yoxlamalar keçirir. “Biz bülletenlərin sayı ilə səs vermiş insanların sayını müqayisə etdirik. Bundan sonra biz namizədlərlə kağızla səs verən insanların sayını müəyyən edirik” Marqaret Corgensen.

Səs verməzdən əvvəl seçici özünün şəxsiyyətini təsdiq etməlidir. Respublikaçılar şəxsiyyət vəsiqələri ilə bağlı tələbləri sərtləşdirmək istəsələr də, bəzi ştatların qanunlarına əsasən belə bir addım azlıqda olan, aşağı gəlirli və yaşlı seçicilərə qarşı ədalətsizlik olardı. Səslərin qeydə alınması bir ilə qədər vaxt aparır.

Seçkilər üzrə ekspert Con Fortye bu seçkilərin mübahisəli olduğunu deyir. Respublikaçılar təhlükəsizliyinin artırılmasını istəyir, Demokratlar isə seçicilərin xaric edilməsindən narahatdır: “Respublikaçılar səsvermə siyahılarının dürüstlüyündən narahatdır. Bəzən insanlar bir yerdən o birisinə köçür, yaxud dünyasını dəyişir. Belə hallarda qarışıqlıq yaranır və bunlar narahatlıq doğurur.”

Forteynin fikirincə, seçkilərin saxtalaşdırıldığını iddia etmək çox ifrat fikirdir.

"Amerikanın səsi"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.