Danimarka “Şimal axını”nda təxribatla bağlı təhqiqatı dayandırdı: Nəticə açıqlandı
27-02-2024, 18:54
Danimarka polisi “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində təxribatla bağlı təhqiqatı dayandırıb.
Bu barədə krallığın hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, partlayışlarla bağlı araşdırmalara davam etmək üçün heç bir əsas yoxdur. Aparılan araşdırmalar əsasında boru kəmərlərində partlayışın qəsdən təxribat nəticəsində törədildiyi qənaətinə gəlmək olar.