ABŞ “Rus taktikası”nın sirrini açdı: Hansı məlumatlara sahibdirlər?

27-02-2024, 16:24           
ABŞ “Rus taktikası”nın sirrini açdı: Hansı məlumatlara sahibdirlər?
ABŞ Quru Qoşunları Rusiya Silahlı Qüvvələri, onun strukturu, silahları və taktikası haqqında bir sıra məlumatlar hazırlayıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Amma hesabatda Ukraynadakı münaqişənin araşdırmçadan kənarda saxlanıldığı bildirilir.

“Rus taktikası” adlı 280 səhifəlik material “hərbi təlim, peşə təhsili və liderliyin inkişafı” üçün dərslik kimi təqdim olunur. Hesabata müxtəlif məlumatlar daxildir - Rusiya hərbi hissələrinin daimi yerləşdiyi yerlərdən tutmuş silahların taktiki və texniki xüsusiyyətlərinə qədər.

Hesabat müəllifləri iddia edirlər ki, Rusiya qoşunlarının Ukraynadakı hərəkətlərinə toxunmurlar, “onların doktrinal strategiya və taktikanı nə dərəcədə təsdiq və ya inkar etdiyini” qiymətləndirməyi tez hesab edirlər. Amerikanın “The Washington Post” qəzetinin yazdığı kimi, ABŞ ordusunun general-mayoru Kertis Taylor Rusiya Silahlı Qüvvələrinin artilleriyasının işini və taktikasını yüksək qiymətləndirib.

Ukraynadakı münaqişənin müharibəni necə dəyişdirdiyinə dair təqdimatda Kertis ABŞ ordusunun döyüş yanaşmasını yenidən nəzərdən keçirdiyinə, İraq və Əfqanıstanda istifadə olunan taktikalardan uzaqlaşdığına diqqət çəkərək, daha mürəkkəb rəqiblər olan Çin və Rusiyanın təhlilinə diqqət yetirdiyini bildirib.

“Rusiya artilleriyası manevri çətinləşdirir və həmçinin komanda məntəqələrini yararsız hala gətirir”, - general deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.