Restoranda 2 nəfərlik menyunun orta qiyməti - Güney Qafqazda ən ucuz bizdədir...

13-03-2024, 07:14           
Restoranda 2 nəfərlik menyunun orta qiyməti -
Azərbaycanda orta səviyyəli restoranda 2 nəfər üçün nəzərdə tutulan menyunun orta qiyməti 58 manat (34,1 dollar) təşkil edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı məşhur araşdırma portalı “Numbeo” açıqlayıb.
Bildirilir ki, 2 nəfər üçün nəzərdə tutulan menyuya 3 cür yemək – salatlar, əsas yeməklər və desertlər daxildir.
Müqayisə üçün bildirək ki, region ölkələrində 2 nəfər üçün nəzərdə tutulan menyunun orta qiyməti aşağıdakı kimi olub:

Ermənistan – 49,6 dollar;
Gürcüstan – 37,7 dollar;
Azərbaycan – 34,1 dollar;
Qazaxıstan – 33,3 dollar;
Rusiya – 33 dollar;
Belarus – 30,5 dollar;
Türkiyə - 28,1 dollar;
Özbəkistan – 24,1 dollar;
Ukrayna – 24,1 dollar;
İran – 22 dollar.
Onu da qeyd edək ki, 2 nəfər üçün nəzərdə tutulan menyunun orta qiymətinin ən yükəsk olduğu ölkə İsveçrə hesab olunur. Bu ölkədə 2 nəfərin restoranda yeməyə xərcləyəcəyi məbləğ 136,8 dollara bərabərdir. Bu göstərici Danimarkada 102,6 dollar, Norveçdə 95,6 dollar təşkil edir.
Ən ucuz menyu isə Banqladeşdə qeydə alınıb. Bu ölkədə 9,1 dollar ödəyərək 2 nəfər restoranda yemək yeyə bilər. Bundan başqa 2 nəfərlik menyunun orta qiyməti Pakistanda 12,5 dollar, Nigeriyada 12,6 dollar, Hindistanda isə 14,5 dollar təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru