Ən yüksək maaş hansı ərazilərdədir? (VİDEO)

13-03-2024, 08:54           
Ən yüksək maaş hansı ərazilərdədir? (VİDEO)
Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, 2023-cü il üzrə paytaxtda ən yüksək orta aylıq əməkhaqqı Pirallahı rayonunda qeydə alınıb.

Belə ki, bu rayonda orta aylıq maaş 2 211 manat təşkil edib. Ən aşağı əməkhaqqı isə Binəqədi rayonunda olub. Deyilən ərazidə bu rəqəm 784 manat təşkil edib.

Göstəricilərdən belə məlum olub ki, Pirallahıda orta aylıq əməkhaqqı Binəqədi rayonu ilə müqayisədə 2,8 dəfə çoxdur.

Bəs rayonlar arasında maaşlarda niyə bu qədər fərq var?

İqtisadçı Xalid Kərimli məsələyə aydınlıq gətirib.

“Birincisi, ölkədə maliyyə, mədənçıxarma və informasiya kommunikasiya texnologiyaları sahəsində əməkhaqqı daha çoxdur. Növbəti amil Pirallahıdakı iş yerlərinin sayı ilə bağlıdır. Oradakı müəssisələrdə rəhbər işçilər olduğu üçün əməkhaqları yüksək olub. İşçi sayı az olanda ümumi vəziyyəti düzgün qiymətləndirmək olmur”, – deyə o bildirib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru