İnsanlar “WhatsApp”da yayılan anonim xəbərdarlıqlara niyə tez inanırlar? - ARAŞDIRMA + VİDEO

14-03-2024, 11:14           
İnsanlar “WhatsApp”da yayılan anonim xəbərdarlıqlara niyə tez inanırlar? - ARAŞDIRMA + VİDEO
“WhatsApp”da anonim xəbərdarlıqlar yayılır.

İnsanlar bu mesajların mənşəyini bilməsələr də, bir-birinə göndərirlər. Çox vaxt qrup yazışmalarına qədər gəlib çıxan bu cür mesajlar əhali arasında təşvişə səbəb olur.

Bəs insanlar əsası olmayan xəbərlərə, el arasında deyildiyi kimi “Niquş”lara niyə tez inanırlar?

Psixoloq Əfsanə Rüstəmova bildirib ki, insanlar rəsmi nümayəndələrlə müqayisədə öz aralarından olan şəxslərə daha çox güvənirlər:

“Rəsmi qurumlar məsələ ilə bağlı araşdırma edib, dəqiq rəy verənə qədər həmin müddətdə insanlar cavablar axtarmağa başlayırlar. Boşluq saatları “Niquşlar”ın saatı olur. Onlar çox rahat şəkildə insanları nəyəsə inandıra bilirlər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) qeyd edilib ki, əsasən sosial şəbəkə üzərindən paylaşılaraq ictimaiyyətin narahatlığına səbəb olan, vətəndaşlar arasında çaşqınlıq yaradan məlumatlar DİN tərəfindən nəzarətə götürülməklə araşdırılır:

“Araşdırmalarla bir çox hallarda bu məlumatların saxta olması müəyyən edilir. Dezinformasiya xarakterli məlumatları yayan şəxslər barədə qanunvericiliyə uyğun olaraq tədbirlər görülür”.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru