20 qəpiklik cəfəri, yoxsa 20 manatlıq bioloji aktiv əlavə? – Sərfəli seçim öz əlinizdədir
19-04-2024, 10:08
Adətən yaz fəslində bir çox insanlar orqanizmin vitaminlərlə təmin edilməsi üçün bioloji aktiv əlavələrdən istifadə edirlər. Hazırda apteklərdə qiymətləri 15-20 manatdan başlayan çoxsaylı vitamin tərkibli əlavələrə rast gəlmək mümkündür. Onları əldə etmək üçün nə həkim resepti, nə də xüsusi bilgilərə malik olmaq lazımdır. Yetər ki, bu cür əlavələrin inandırıcı reklamlarına, qutularının üzərindəki rəngli və cəlbedici vitamin adlarına baxasan və cibində də 20-30 manatın olsun.Ortaya belə bir sual çıxır. Niyə sağlamlığının qayğısına qalan insanlar təbii vasitələrə əl atmırlar?Məsələyə bir az aydınlıq gətirək və ilk növbədə apteklərdə satılan bioloji aktiv əlavələrin qutularına qoyulan içliklərdəki tərkibə nəzər yetirək. Demək olar ki, əksər əlavələrin tərkibi eynidir:Vitamin A, C, E, B1, B2, B6, B9, B12, K, PP, Kalsium, Maqnezium, Dəmir, Fosfor, Mis, Yod, Molibden, Sink, Selen, Manqan, Xrom. Bunların qarşısında miqdarları da mq-larla göstərilib.İndi isə keçək təbii vasitələrə. Məsələn, dəstəsi 20 qəpiyə satılan cəfəriyə (petruşka). Sağlamlıq üçün olduqca faydalı olan cəfərinin də tərkibini nəzərdən keçirək:Vitamin A, C, E, B1, B2, B6, B9, B12, K, PP, Kalsium, Maqnezium, Dəmir, Fosfor, Mis, Yod, Molibden, Sink, Selen, Manqan, Xrom.Hər ikisinə müqayisəli şəkildə diqqət yetirək. Tərkib eynidir və heç bir fərq yoxdur. Hələ saydıqlarımız 100 qram cəfərinin tam tərkibi də deyil. Xüsusilə onu da vurğulayaq ki, cəfəri orqanizmi vitaminlərlə təmin etməklə yanaşı, sağlamlıq üçün bir çox faydalı xüsusiyyətlərə də malikdir. Onlar hansılardır?Bu dəyərli bitki orqanizmin immunitetini gücləndirir, maddələr mübadiləsini tənzimləyir.Depressiya üçün ən effektli vasitələrdən biri olan cəfəri gərginliyi, stressi aradan qaldırmaqla yanaşı, insanın gücünü və enerjisini bərpa edir.Cəfəri kişilər üçün təbii afrodiziakdır. Müntəzəm olaraq cəfəridən istifadə edən kişilər cinsi zəifliyin nə olduğunu bilməzlər.Qadınlar üçün də cəfərinin faydası çoxdur. Menstruasiya pozğunluğu zamanı və həmçinin menstruasiya dövründə ağrılar baş verərsə, cəfəridən istifadə etmək məsləhətdir.Gündəlik olaraq 20 qram cəfəri yeməklə orqanizmin kaliuma olan tələbatını ödəmək mümkündür. 50 qram səfəri isə insanın gündəlik C vitamininə olan tələbatının yarıdan çoxunu ödəyir.Soyuqdəymə üçün cəfəri ən yaxşı vasitələrdən biridir. Əgər xəstəliyin başlanğıcında qida rasionunuzda cəfərini bol etsəniz soyuqdəymədən yaxa qurtarmış olarsınız.Onkoloji xəstəliklərin profilaktikası üçün cəfəridən istifadə etmək lazımdır.Cəfəri ödqovucu və sidikqovucu xassələrə malikdir.Yüksək qan təzyiqindən əziyyət çəkənlər cəfəridən müntəzəm istifadə etsələr faydasını görərlər.Kimin orqanizmində dəmir çatışmazlığı varsa cəfəriyə üstünlük verməlidir.Yuxusundan şikayəti olanlar yatmazdan əvvəl cəfəri yesələr səhəri gümrah və xoş əhvalla açarlar.Cəfərinin orqanizmi toksinlərdən, zərərli maddələrdən təmizləmək xüsusiyyəti də var. Bunun üçün on-on beş cəfərini götürüb yaxşıca əzmək lazımdır. Sonra onun üzərinə bir-iki xörək qaşığı limon şirəsi əlavə etmək və qarışdırmaq gərəkdir. Alınan məhlul səhər yeməkdən bir saat əvvəl qəbul edilməlidir. Yeddi gün hər səhər bu məhlulu qəbul etdikdən sonra yeddi gün fasilə verib yenidən təkrarlamaq lazımdır.Həzm prosesinin yaxşılaşması üçün, xüsusilə də çox yedikdən sonra cəfərini qaynar suda dəmləyib bir stəkan içmək rahatlıq gətirər.Ağızdan gələn pis qoxunu aradan götürmək üçün cəfəri yarpağını çeynəmək kifayətdir.Cəfəridən müntəzəm istifadə etməklə dərimizin də qayğısına qalmış olarıq. Cəfəri dərini təravətli saxlayır və vaxtsız düşən qırışların qarşısını alır.Bu dəyərli bitkidən kosmetik vasitə kimi də istifadə etmək olar. Cəfəri suyunu dəriyə təpitmə etməklə xanımlarımız daha sağlam dərili görünə bilərlər.Sonda nəticə çıxaraq. 1-2 manat xərcləyib 10 dəstə cəfəri, yaxud digər faydalı olan göyərtilər, keşniş, şüyüd, vəzəri, göy soğan almaq yaxşıdır, yoxsa ən azı 15-20 manat sərf edib təbiiliyi sual altında olan vitamin preparatları? Cavab aydındır. Həm pulunuza qənaət edin, həm də bərəkətli Azərbaycan torpaqlarının faydalı təbii məhsulları ilə özünüzün və ailənizin sağlamlığının qayğısına qalın.