Hansı yaşda olan uşaqlara peyvənd vurulacağı açıqlandı (VİDEO)

21-04-2024, 16:44           
Hansı yaşda olan uşaqlara peyvənd vurulacağı açıqlandı (VİDEO)
Ölkənin bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.

Bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən əmr imzalanıb. Əmrə əsasən, İmmunlaşdırma həftəsi çərçivəsində, vaksinasiyadan kənarda qalan uşaqların bu ilin 21-27 aprel tarixlərində peyvənd olunması nəzərdə tutulub.

Respublika Gigiyena və Epidimielogiya Mərkəzinin şöbə müdiri Həşim Həşimov bildirib ki, peyvənlənmə proseduru əsasən 6 yaşa qədər, peyvənddən kənarda qalan uşaqlar üçün nəzərdə tutulsa da, 6 yaşdan yuxarı peyvənddən kənarda qalan uşaqlar da bundan faydalana bilər.

Qeyd edək ki, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili də nəzərdə tutulub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru