Azot gübrəsinin bitkilər üçün hansı faydaları var

23-04-2024, 09:58           
Azot gübrəsinin bitkilər üçün hansı faydaları var
Bitkilər aləminin bütün üzvləri inkişaflarının müxtəlif mərhələlərində azot maddəsinə ehtiyac duyur. Buna səbəb isə azotun bitkilərin fiziologiyasında, sağlam inkişafında, həmçinin, məhsulun keyfiyyətli və bol olmasında özünəməxsus rola sahib olmasıdır.
Bitkilər Üçün Azotun Faydaları
Bitkilərdə kök inkişafını stimullaşdırır
Yarpaq və gövdənin sağlam formalaşmasını təmin edir
Xlorofil molekullarının sintezində mühüm rol oynayır
Digər hüceyrə komponentlərinin sintezini təmin edir
Çiçəklənməni stimullaşdırır
Meyvələrin sağlam, keyfiyyətli və bol yetişməsini təmin edir
Bitkilərin müxtəlif xəstəliklərə, zərərvericilərə, dəyişkən iqlim şəraitinə davamlılığını artırır
Bitkilərdə Azot Çatışmazlığı
Bitkilərdə azot çatışmazlığının əlamətlərinə ilkin olaraq, yaşlı yarpaqlarda rast gəlinir. Belə ki, yarpaqlar getdikcə saralaraq, tökülür. Eyni zamanda, kök inkişafı və böyümə sürəti yavaşlayır. Bundan başqa, tumurcuqların sayının az olması da azot çatışmazlığının əlamətlərindəndir. Bitkilərdə azot çatışmazlığını aradan qaldırmaq məqsədi ilə, torpaq tərkibində təbii halda azot maddəsi yer almadığı üçün fermerlər sahələrə azotlu gübrələrin tətbiqini həyata keçirir.
Azot Gübrəsi Nədir?
Təsərrüfat ehtiyaclarını qarşılamaq üçün tərkibində çeşidlərə uyğun olaraq müxtəlif nisbətlərdə azotun yer aldığı bitki bəsləmə vasitələri azotlu gübrələr adlandırılır. Bitkilər yaşıllaşma dövründə ən çox azot maddəsini tələb edir və bu maddəni istehlak edirlər. Köklərin inkişafı, çiçəkləmə dövrü və meyvə yetişmə mərhələsində azot gübrəsinin rolu çox vacibdir.
Azotlu Gübrələr Necə Tətbiq Olunur?
Dənli bitkilərdə
Dənli bitkilərdə Ammonium Sulfat və Karbamid gübrələrindən istifadə tövsiyə olunur. Əkinlə birlikdə verilən gübrədən sonra becərmə dövründə yağışdan əvvəl karbamid tətbiq olunur.
Meyvələrdə
Azot gübrəsi meyvə ağaclarına çiçəkləmədən əvvəl və ya payızda yarpaqlardan çiləmə üsulu ilə verilə bilər.
Tərəvəzlərdə
Tərəvəz sahələrində Ammonium Sulfat gübrəsininin yarısı əkildikdən təxminən 10 gün sonra, digər yarısı isə meyvələrin əmələ gəlməsindən sonra tətbiq olunur.
Bostan sahələrində
Bostan sahələrində azot gübrəsinin yarısı əkinlə birlikdə, digər yarısı torpağın işlənməsindən əvvəl tətbiq olunur.
Azotlu Gübrələrin Növləri
Üst gübrələr kimi tanınan azotlu gübrələr üç qrupa bölünür.
Ammonium sulfat gübrəsi
Şəkər tozuna bənzədiyinə görə xalq arasında şəkər gübrəsi olaraq tanınan bu gübrə tərkibində 21% azot və 24% kükürd ehtiva edir.
Ammonium nitrat gübrəsi
Ammonium Nitrat gübrəsi tərkibində 33% saf azotu ehtiva edir. Eyni zamanda sözügedən gübrənin tərkibində hər ikisinin miqdarı 16,5% olmaqla ammonium azotu və nitrat azotu mövcuddur.
Karbamid gübrəsi
Digər azotlu gübrələrlə müqayisədə tərkibində daha çox miqdarda yəni 46% saf azotu ehtiva edən bu bitki bəsləmə vasitəsi suda 100% həll olur.
Azot Tərkibli Gübrələrin Satışı
Təsərrüfatlarda, bağ və həyətyanı sahələrdə məhsul yetişdirilməsi zamanı bitkilərin inkişafında vacib rol oynayan azotlu gübrə çeşidlərini kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşangubre.az aqrar ticarət şəbəkəsinin ölkəmizin müxtəlif bölgələrində yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az vebsaytına və sosial media hesablarına (Instagram,Facebook,LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı iləbitki toxumlarını, həmçinin,bitki qoruma vəbitki bəsləmə vasitələrini əldə etmək mümkündür.
Azot Gübrəsinin
Qiymətigubre.az aqrar ticarət şəbəkəsi tərəfindən fermerlərə təqdim olunan azotlu gübrələr və azot gübrəsinin qiyməti ilə aşağıdakı linklərə daxil olaraq tanış ola bilərsiniz. Ammonium sulfat KuybışevAmmonium Sulfat gübrəsi Rustavi AzotAmmonium nitrat EvroximAmmonium nitrat MinudobreniyaKarbamid Marka B SOCARNitroammofos Apatit 15 15 15, PhosagroNPK Terraflex, 17-17-17+3MgO+TE, ICL NovaNPK Terraflex, 10-5-45+TE, ICL NovaNitroammofos Minudobreniya, 16-16-16Nitroammofos Evroxim, 16-16-16NPK Nutrivant












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.