Azərbaycanda insanlar ən çox hansı marka avtomobil sürür? - SİYAHI

23-04-2024, 18:54           
Azərbaycanda insanlar ən çox hansı marka avtomobil sürür? - SİYAHI
Azərbaycanda avtomobillərin sayı 82 min ədəd artıb.

Dövlət Statistika Komitəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü ildə Azərbaycanda 1.5 milyondan çox avtomobil olub.

2022-ci ildə bu rəqəm 1.4 milyondan bir qədər artıq olub. Son 5 ildə isə avtomobillərin sayında 330 min çox artım müşahidə edilib.

Bəs Azərbaycanda ən çox hansı model avtomobillər mövcuddur?

Statistikaya görə, ölkəmizdə ən məşhur avtomobil brendi “Mercedes”dir. Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda bu model avtomobillərin sayı 216 mindən çox olub.

Sovet/Rusiya istehsalı maşınların sayı da hələ də üstünlük təşkil edir. Belə ki, ölkəmizdə 200 minə yaxın Vaz-2101, 03-06 model avtomobil mövcuddur. Vaz-2105, 2107 və modifikasiyalarının sayı isə 126 551 ədəddir.

Azərbaycanda “Hyundai” (126056 ədəd), “Toyota” (104605) , KİA (84258), “Opel” (71955) model maşınların da sayı diqqətəlayiqdir.

Statistikada diqqət çəkən digər bir məqam Azərbaycanda Çin istehsalı maşınların sayının artması ilə bağlıdır. 2023-cü ildə Çin istehsalı olan bəzi model avtomobillərin sayı aşağıdakı kimi olub:

“Changan” - 4 864 ədəd
“CHERY” - 2853 ədəd
“Haval” – 2097 ədəd
“Geely” – 2054 ədəd
“BYD” - 1011 ədəd
Baic – 1456 ədəd



ABŞ istehsalı “Tesla” elektromobillərinin sayında isə 2.5 dəfə artıb. 2022-ci ildə ölkədə 99 ədəd bu maşından olduğu halda ötən il sayı 244 olub.



Azərbaycandakı bahalı hesab edilən maşınların sayına gəlinvə, DSK-nın təqdim etiyi məlumata görə, Azərbaycanda 66 ədəd “Rolls Roys”, 356 ədəd “Bentley”, 202 ədəd “Lincoln”, 267 ədəd “Alfa Romeo” var.



Digər minik avtomobillərinin markalarına görə bölgüsü aşağıdakı kimidir:



Audi

6 431

Azsamand

3 392

Cadillac

454

Daewoo

10 778

GAZ-24 və modif.

25 981

Gaz-31 və modif.

20 396

GAZ M-20 Pobeda və modif.

200

GAZ M-21 Volqa və modif.

4 392

Hummer

350

Honda

11 238

Infiniti

2 406

Jaguar

389

Jeep

3 914

Khazar

7 313

Lexus

12 546

Maserati

178

Mitsubishi

22 514

Moskviç və modif.

24 942

NAZ Lifan

5 733

Nissan

44 485

Tofaş

6 155

Uaz-469 və modif.

2 401

Vaz-2102, 2104 və modif.

14 905

Vaz-2108, 2109 və modif.

24 511

Vaz-2121 və modif.

35 259

Volkswagen

25 078

Volvo

1 631

Zaporojets və modif.

6 020












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.