Dünyada bu qədər qida zibilliyə atılır

23-04-2024, 19:08           
Dünyada bu qədər qida zibilliyə atılır
Ümumdünya Ərzaq Proqramının araşdırmasına görə, qlobal miqyasda istehsal edilən, lakin yeyilmədən atılan qida 2 milyard insana bəs edir. Bu rəqəm qida çatışmazlığından əziyyət çəkən insanların sayından iki dəfə çoxdur.

Publika.az xəbər verir ki, dünyanın ən böyük qida, içki, xidmət təşkilatlarından biri olan “Compass Group” tərəfindən 2017-ci ildə başladılan Qida Tullantılarını Dayandırma Günü qlobal qida itkisi və israfına diqqət çəkmək və maarifləndirmək üçün qeyd edilir.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) məlumatına görə, ərzaqların 17 faizi evlərdə və pərakəndə satışda israf olunur.

Qida istehsalındakı çatışmazlıq qlobal aclıq böhranına səbəb olmur, əksinə, hazırda dünyada hər bir fərd üçün kifayət qədər qida istehsal olunur. Buna baxmayaraq, dünyanın hər yerində insanlar aclıqla mübarizə apararkən, bir çox zəngin ölkələrdə yeməklərin çoxu yeyilmədən atılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru