"Apple" robotları köhnə "iPhone"ları məhv edir

6-06-2024, 15:48           
"Apple" robotları köhnə "iPhone"ları məhv edir
"Apple" şirkəti smartfonların təkrar emal edilməsi üçün yeni robot təqdim edib.

Şirkətin Texas ştatının Ostin şəhərindəki ABŞ zavodlarından birinə baş çəkən jurnalistlər köhnə "iPhone"ları təkrar emal edən robotlarla tanış olublar. Həmçinin media nümayəndələrinə smartfonu 18 saniyəyə tamamilə sökə bilən yenilənmiş "Daisy" robotu nümayiş etdirilib.

Qeyd edək ki, əvvəllər robotlar smartfonun komponentlərinin təkrar istifadə oluna bilməsi üçün işlənmiş "iPhone"ları diqqətlə sökürdülər. İndi isə "Apple" siyasətini dəyişib. Hazırda robotlar qadcetləri məhv edir, cihazları sözün əsl mənasında parçalayır və komponentlərə ayırırlar.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru