Azərbaycanda zəlzələ ilə bağlı HƏYƏCANLI açıqlama - Bundan qaça bilməyəcəyik...
7-06-2024, 11:58
"Qonşu ölkələr silkələnirsə, deməli, Azərbaycan da fizika qanunlarına görə istisna olmayacaq".
TEREF bildirir ki, bunu Referans.Az--a açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib.
O sözlərinə belə davam edib:
"Mən hər zaman demişəm ki, 2024-cü ilə dünya miqyasında seysmik və tektonik ildir. Gördüyümüz kimi, dünyanın müxtəlif yerlərində zəlzələlər baş verir. Hətta, nisbətən sabit ocaqlar da hərəkətdədir. Rusiyada Kamçatka, Flippin, Qazaxıstan, Əfqanıstan, Özbəkistan, Türkiyə və Azərbaycan da daxil zəlzələlərdən istisna deyil. Ötən günlərdə Türkiyədə zəlzələ oldu. Bu hiss olunan zəlzələ idi. Azərbaycan da zəlzələ hadisələrdən istisna deyil. Fizika qanunlarıdır bunlar. Heç kim deyə bilməz ki, Azərbaycan sabit qalacaq".
Qulam Babayev Azərbaycanda hansı aylarda zəlzələlərin olmasını proqnoz etməyin seysmoloq üçün çətin olduğunu deyir: "Bu il ərzində Azərbaycanda seysmik aktivlik davam edəcək. Bu il üçün Azərbaycan üçün hiss olunan zəlzələlər qaçılmazdır. 6 ay ərzində bir neçə təkan oldu, qışda Aran, Talış zonası silkələndi. Xəzər dənizi də istisna deyil, bura aktiv mürəkkəb tektonik bölgələrdən biridir".